
“COVİD-19” Avropada xortladı
Ekspertlər peyvənd çağırışı edir
Ekspertlər peyvənd çağırışı edir
Milyardlıq investisiya qərarı
“Çikunguya” virusu geri döndü, Honq Konqda “sineklərə qarşı müharibə” başladı
“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır
Dünya yeni epidemiyaya hazırlaşır
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
Avqust ayından etibarən Fransada “COVİD-19” yoluxmaları yenidən artmağa başlayıb. Xüsusilə uşaqlar və yaşlılarda təcili yardım müraciətlərində ciddi yüksəliş qeydə alınıb. Mütəxəssislər bu dalğanın “Omicron” ştammının yeni alt variantı – “XFG” ilə bağlı olduğunu bildirir.
25–31 avqust tarixlərində təcili yardıma müraciətlər 20% artıb. 75 yaşdan yuxarı şəxslər və uşaqlar arasında artım daha da yüksəkdir.
İctimai Səhiyyə rəsmiləri çirkab sularda aparılan analizlərdə virusun konsentrasiyasının artdığını təsdiqləyib. Bu isə epidemiyanın yenidən güclənməsinin ilk xəbərdarlıq siqnalları kimi dəyərləndirilir. Inserm-in məlumatlarına görə, ailə həkimlərinə müraciətlərin sayı da çoxalıb.
Avropa və ABŞ-da paralel dalğa
Fransadakı yüksəliş təkcə bu ölkəyə aid deyil. İngiltərə başda olmaqla Avropanın bir çox ölkəsində oxşar tendensiya müşahidə olunur. ABŞ-da isə avqust ortasından bəri test pozitivliyi, təcili yardım müraciətləri və hətta ölüm halları artmaqdadır.
Mütəxəssislərin sözlərinə görə, artımın əsas səbəbi daha yoluxucu “Omicron XFG” alt variantıdır. Bu variant yay aylarında virusun təbii şəkildə zəifləməsinin qarşısını alıb.
Risk qrupları
Epidemioloq Antuan Flaho (Antoine Flahault) aşağıdakı qrupların xüsusi diqqətli olmalı olduğunu bildirib:
Yaşlılar
İmmuniteti zəif olanlar
Xroniki xəstəlikləri olan şəxslər
Hamilə qadınlar
Bununla yanaşı, uzunmüddətli “COVİD-19” riskinə də diqqət çəkilir.
Mütəxəssislər yenidən FFP2 maskalarının istifadəsini, xüsusilə ictimai nəqliyyatda, məktəblərdə, xəstəxanalarda və qapalı məkanlarda havalandırmanın gücləndirilməsini tövsiyə edir.