vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
“Ölkəni bloklayarıq” 21:20 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ölkəni bloklayarıq”

Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada taksi sürücüləri, Sağlamlıq Sığortasının xəstə daşınmasına dair yeni qaydaları səbəbindən böyük gəlir itirəcəklərini bildirərək sentyabrın 5-dən etibarən kütləvi etiraz aksiyasına hazırlaşır. Həmkarlar ittifaqları lazım gələrsə ölkəni, hava limanlarını və dəmiryolu stansiyalarını bloklayacaqlarını açıqlayıblar.

Fransada taksi sürücüləri, sağlamlıq sığortasının xəstə daşınma xidmətlərindəki dəyişiklikləri etiraz etmək üçün hazırlıq görür. Sentyabrın 5-də Parisin məşhur Şanzelize prospektində başlamaq planlanan aksiyada ölkə üzrə geniş iştirak gözlənilir.

Yeni qaydaya əsasən, taksi sürücülərinin xəstəxana və ya sağlamlıq mərkəzlərinə qayıdarkən “boş dönüş” haqqı demək olar ki, tamamilə aradan qaldırılır. Bu, taksi sürücülərinin gəlirlərində ciddi azalmaya səbəb olacaq.

Milli Taksi Federasiyası katibi Dominik Bisson, “Xüsusilə uzun məsafələrdə boş dönüşlər çox vaxt məcburidir. Bu qərar absurddur. Gəlirlərimizdə 30-40 faiz itki olacaq, bir çox müəssisədə işçilərin işdən çıxarılması gündəmə gələ bilər”.

Taksi sürücüləri bildirir ki, etiraz yalnız öz maraqlarını deyil, həm də xəstələrin təhlükəsiz daşınmasını əhatə edir. Həmkarlar ittifaqları “Lazım gələrsə ölkəni bloklayarıq” deyərək aksiyada Paris başda olmaqla iri şəhərlərdəki hava limanları və dəmiryolu stansiyalarını bağlamaqla hədələyirlər.

Aksiyanın detalları bu həftə keçiriləcək həmkarlar ittifaqı toplantısında müəyyənləşəcək.