vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
Belçikada sürücülük vəsiqəsi saxtakarlığı 21:12 | 16 iyun 2025 | Bazar ertəsi Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belçikada sürücülük vəsiqəsi saxtakarlığı

Nəzəriyyə imtahanı üçün 1500 avro tələb edirlər

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikada “Telegram” və “Snapchat” kimi sosial media platformalarında qanunsuz olaraq sürücülük vəsiqəsi alan qrupların fəaliyyət göstərdiyi üzə çıxıb. “Het Nieuwsblad” qəzetinin yazdığına görə, 1500 avro müqabilində faktiki imtahan verməli olan şəxsin əvəzinə, oxşar görünən birinin nəzəriyyə imtahanına girməsinə icazə verilir.

Halbuki, Belçikada rəsmi nəzəriyyə imtahanının qiyməti cəmi 19 avrodur. Bu cür dələduzluqla yaxalananlar 2000 avroya qədər cərimə, imtahana qadağa və həbs cəzası ala bilərlər. Üstəlik, həmin şəxslər bir il müddətində yenidən imtahan verə bilməzlər.

***

Fırıldaqçılıq şəbəkəsinə daxil olmaq istəyən şəxslər şəxsiyyət vəsiqəsinin şəklini göndərirlər. Sonra fiziki cəhətdən bu adama oxşayan biri imtahan verir. Bu “saxta namizədlər” təyin olunmuş sürücülərlə ölkə üzrə imtahan mərkəzlərinə aparılır.

Qəzetə danışan bu şəbəkədə bir qadın həftədə beş fərqli adamın adından imtahan verdiyini və hər birindən 300-750 avro arası pul aldığını bildirib. Şəxsiyyət yoxlamalarının adətən zəif olduğunu bildirən qadın, az qala bir dəfə tutulduğunu anlayınca işdən ayrıldığını bildirib.

***

Sürücülük imtahanlarında da oxşar üsullardan istifadə olunduğu, lakin bu mərhələdə tələb olunan ödənişlərin daha yüksək olduğu bildirilir. Saxtakarlığa ən çox əl atan insanlar gənclərdir. Lakin daha əvvəl sürücülük vəsiqəsi ləğv edilən və ya dəfələrlə imtahandan kəsilən şəxslərin də bu üsula müraciət etdiyi bildirilir.

Xüsusilə iki uğursuz cəhddən sonra məcburi hala gələn 12 saatlıq nəzəri dərslərin bir çox insanı saxtakarlığa sürüklədiyi düşünülür.

***

“Het Nieuwsblad” qəzetinin məlumatına görə, bu fırıldaq üsulu Lyej, Antverpen (Anvers), Gent və Dendermonde kimi bir çox şəhərlərdə aşkarlanıb. Rəsmi qurumlar halların dəqiq sayını verə bilməsə də, “GOCA Vlaanderen” 2023-cü ildə 163 nəzəri imtahan saxtakarlığı faktı aşkarladığını açıqlayıb. Bu rəqəmə imtahan zamanı qulaqcıqlarla saxtakarlıq kimi digər üsullar da daxildir. Həmin il xüsusilə Deurne və Asse imtahan mərkəzlərində ümumilikdə 12 praktiki imtahan saxtakarlığı faktı qeydə alınıb.

***

Səlahiyyətlilər şəxsiyyət yoxlamalarını gücləndirmək üçün şübhəli namizədlərə doğum tarixi və ünvanı kimi şəxsi sualların verilməsi də daxil olmaqla yeni üsullar hazırlayır. Bununla belə, əksər halların hələ də diqqətdən kənarda qaldığı bildirilir.

“GOCA”dan Stiven Ris, başqası üçün imtahan verənlərin əksəriyyətinin immiqrant mənşəli olduğunu deyib. Həmin şəxslərin dili kifayət qədər bilmədikləri və imtahandan keçməyəcəklərindən narahat olduqları üçün tez-tez bu üsula əl atdıqları bildirilir. Belçika qanunlarına görə, imtahan saxtakarlığı edənləri 200 ilə 2000 avro arasında cərimə gözləyir. Bundan əlavə, onların sürücülük vəsiqəsi ləğv oluna və həbs oluna bilər. Həmçinin bir il müddətində yenidən imtahana buraxılmırlar.