vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Belçikada irqçilik qalmaqalı 14:56 | 8 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belçikada irqçilik qalmaqalı

Bələdiyyə sədri istefa etdi

RÖYAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikanın Aalter şəhərinin Bələdiyyə sədri və sabiq Baş nazir müavini Piter De Krem (Pieter De Crem), xarici mənşəli sakinlərin qeydiyyat proseslərində ayrı-seçkilik edildiyinin müəyyən olunması səbəbindən vəzifəsindən istefa etdi.

“Flamanca” yayımlanan dövlət televiziya kanalı VRT və “De Morgen” qəzeti mart ayında şikayətlər əsasında apardıqları birgə araşdırmada, Aalter Bələdiyyəsinə yeni qeydiyyatdan keçmək istəyən xarici mənşəli şəxslərin proseslərinin belçikalılara nisbətən doqquz dəfə daha uzun çəkdiyini müəyyən etdilər.

Bunun ardınca Flandriya hökuməti tərəfindən aparılan yoxlama, bu siyasətin ayrı-seçkilik xarakterini təsdiqlədi. Flandriya Regionu Daxili İşlər Naziri Hild Krevits (Hilde Crevits) tərəfindən araşdırma başladıldı və De Kremin vəzifədən alınma ehtimalı yarandı.

Hild Krevits bildirib ki, “Hüquqi müddəalar uzun müddətdir açıq şəkildə pozulub”. Xristian Demokrat (CD&V) üzvü De Krem dünən bələdiyyə sədrliyi və bələdiyyə məclisi üzvlüyündən ayrıldığını açıqlayıb.

Bu hadisə Piter De Kremin beynəlxalq sərgilərdə Belçikanı təmsil etmək üçün məsul olan “BelExpo Genel Komiseri” vəzifəsinə təsir etməyib.

De Krem 2018-2020-ci illərdə Baş nazir müavini, Müdafiə və Daxili İşlər Naziri olaraq fəaliyyət göstərmişdi.