vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Sərxoş halda avtomobil idarə edənlərə fantastik cərimələr 12:26 | 22 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 189 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərxoş halda avtomobil idarə edənlərə fantastik cərimələr

Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikada spirtli içki təsiri altında avtomobil idarə etmək ciddi qaydalar və yüksək məbləğdə cərimələrlə qarşılanır. Yeni tətbiq olunan qaydalarla sürücünün sürücülük vəsiqəsinə 12 saatlıq əl qoyulması da nəzərdə tutulub.

 

Spirt səviyyəsinə görə cərimələr

 

“Wegcode”un açıqlamasına görə, spirt səviyyəsinə əsasən tətbiq edilən cərimələr aşağıdakılardır:

Qanda spirt səviyyəsi 0,5 qram/litr (və ya nəfəsdə 0,22 mq/l – alkometr göstəricisi) üzərində olan sürücülər 200 ilə 4 min avro arasında cərimə olunurlar.

Qanda spirt səviyyəsi 0,8 qram/litr və yuxarı (və ya nəfəsdə 0,35 mq/l) olduqda cərimə 1 600 ilə 16 min avro arasında dəyişir.

***

Son 3 il ərzində ikinci dəfə spirt təsiri altında avtomobil idarə edən sürücünün cəriməsi avtomatik olaraq ikiqat artırılır. Bu səbəbdən ilk cərimədən sonra sürücülərin davranışını dəyişməsi vacib hesab olunur.

 

Sürücülük vəsiqəsinə 12 saatlıq məhdudiyyət

 

Əvvəlki qaydalara görə polis spirtli sürücülərə 2, 3 və ya 6 saatlıq müvəqqəti sürücülük qadağası tətbiq edə bilərdi. Lakin Federal Məclis bu müddətin yetərsiz olduğunu əsas gətirərək yeni qaydalar qəbul edib. Yeni qərara əsasən, spirt təsiri altında yaxalanan sürücünün vəsiqəsinə 12 saat müddətinə əl qoyulacaq. Bu qaydanın bu ilin sonunda və ya gələn ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.

 

0,5 qram/litr spirt səviyyəsi neçə içkiyə bərabərdir?

 

Kişilər üçün: Orta çəkili bir kişi bir saat ərzində iki standart içki (məsələn, 250 ml həcmində 5 faiz spirt tərkibli iki stəkan pivə və ya 100 ml həcmində 12 faiz spirtli iki stəkan şərab) qəbul etdikdə bu həddi keçə bilər.

Qadınlar üçün: Bədən quruluşuna görə qadınlarda spirt daha az yayılır. Buna görə orta çəkili bir qadının 1-1,5 standart içki qəbul etməsi bu həddi aşmağa səbəb ola bilər.

***

Belçikada spirtli içki təsiri altında avtomobil idarə etməyə görə tətbiq olunan 16 min avro cərimə məbləği Azərbaycanda çox yaxşı vəziyyətdə ikinci əl Avropa avtomobili almaq üçün kifayət edir. Məsələn, 32 min manat (təxminən 16 min avro) qiymətə Azərbaycanda sedan və ya SUV sinifində, 2015-2018-ci illər istehsalı, tam saz və komfortlu ikinci əl avtomobillər tapmaq mümkündür. Bu məbləğlə “Volkswagen Passat”, “Toyota RAV4”, “Audi A4” və ya “BMW 3 Series” kimi modellər rahatlıqla əldə edilə bilər.