Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
17:40 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 283 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransanın Var əyalətində irqçilik cinayəti baş verib. Fransanın daxili işlər naziri Bruno Retayo “X” sosial platformasındakı hesabında mayın 31-də Var əyalətində bir nəfərin Tunisli qonşusunu öldürdüyünü və bir Türkiyə vətəndaşını yaraladığını açıqlayıb.
Retayo, hücumun “irqçi” olub-olmaması ilə bağlı araşdırmanın davam etdiyini, lakin cinayətkarın hücumdan əvvəl və sonra sosial mediada paylaşdığı videoların bu mənada heç bir şübhə yeri qoymadığını bildirib.
Hücumdan sonra Tunisin Parisdəki səfiri ilə görüşdüyünü və qurbanın yaxınlarına başsağlığı verdiyini qeyd edən nazir gün ərzində tunisli həmkarı ilə görüşəcəyini açıqlayıb. Retayo, hücumla bağlı “İrqçiliyin şiddətlə cəzalandırılması lazımdır”, – deyib.
Milli mətbuatda çıxan xəbərlərə görə, mayın 31-də Var vilayətində baş verən hadisədə 53 yaşlı fransız 35 yaşlı tunisli qonşusunu güllələyərək öldürüb, 25 yaşlı türk gənci isə əlindən yaralayıb.
Təcavüzkarın sevgilisi olduğu deyilən bir qadının məlumatı üzərinə hərəkətə keçən təhlükəsizlik qrupları qısa bir təqibdən sonra avtomobili ilə hadisə yerindən qaçan şübhəlini həbs edib.
Şübhəlinin avtomobilində çoxlu sayda odlu silah ələ keçirilib.
Draguignan Prokurorluğu hadisə ilə bağlı irqçilik zəminində adam öldürmə faktı ilə bağlı istintaqa başlayıb.