vaxtlı-vaxtında oxuyun! Bazar, 12 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
“Rahatlama duş almaq qədər sadə ola bilər” 11:57 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rahatlama duş almaq qədər sadə ola bilər”

Dünyaca məşhur duş geli markasının “irqçi” reklamı qadağan edilib

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərədə yayımlanan bir duş geli reklamı, “ağ dərililərin qara dərililərdən üstün olduğu” təəssüratı yarada biləcəyi səbəbi ilə yayından çıxarılıb.

İngiltərənin reklam nəzarət qurumu ASA (Advertising Standards Authority – Reklam Standartları İdarəsi), “Sanex”in iyun ayında yayımlanan televiziya reklamını qadağan edib. Qərar, reklamın tünd dərili şəxslər haqqında mənfi stereotipləri gücləndirdiyini iddia edən iki şikayət əsasında verilib.

 

Reklamda nə var idi?

 

Reklamda, dərisi qırmızı cızıqla örtülmüş qara dərili bir model və gil kimi maddə ilə örtülmüş başqa bir model göstərilirdi. Ardınca ağ dərili bir qadının duş aldığı səhnə yer alırdı.

Reklam, “Rahatlama duş almaq qədər sadə ola bilər” şüarı ilə sona çatırdı.

“Sanex”in sahibi “Colgate-Palmolive” reklamın fərqli dəri tonlarını göstərməsinin “çeşidliliyə bağlılığını” əks etdirdiyini iddia etdi. Şirkət, səhnələrin irq əsaslı müqayisə məqsədi daşımadığını, yalnız “öncə və sonra” effektini göstərmək üçün hazırlandığını bildirdi.

Reklamın yayımlanmasına icazə verən “Clearcast” şirkəti də reklamın inklüziv mesaj verdiyini düşünürdü.

***

ASA isə reklamın məqsədinin müxtəlifliyi göstərmək olsa da, qurğunun izləyicidə fərqli təəssürat yaratdığını vurğuladı. Qurumun açıqlamasında qeyd olunurdu: “Qaşınan və quru dəri ilə əlaqələndirilən qara dərinin problemli olduğu, məhsuldan sonra ağ dərinin hamar və təmiz olduğu göstərildi. Bu, ağ dərililərin qara dərililərdən daha üstün olduğu kimi şərh edilə bilər”.

ASA, reklamın yayımlama qaydalarını pozduğunu və “ciddi bir qanun pozuntusu” ola biləcəyini bildirərək, reklamın tamamilə qadağan olunmasına qərar verdi.