
“Swatch” səhmləri düşdü
“İrqçi reklam” müzakirələri şirkət hissələrinə təsir etdi
“İrqçi reklam” müzakirələri şirkət hissələrinə təsir etdi
“Həddindən artıq arıq model” kampaniyasına qadağa qoyuldu
Moda dünyasının bədən görünüşü ilə müharibəsi
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Almaniya kanslerinin Türkiyə Prezidentindən tələbi
Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü
Özlərinə əziyyət verməyən mirzələr şablon mətnlərlə Türkiyə Prezidentini yola verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Tənəzzül halından çıxmaq çırtma çalmaq qədər asan deyil
Vaşinqton-Bakı treki Ankara və Tel-Əviv üçün nikbin perspektivlər vəd edir
Mağazalar şəbəkəsinin reklam roliki PLAGİATDIR
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
Azərbaycanın maraqları fonunda görünən hadisələr
Ərdoğan: “Əgər danışacaq olsaq, Türkiyə-Avropa Birliyi əlaqələrindən danışaq”
Yaxud İmamoğlunun öngörmələri və Yavaşın sanşı
Türkiyədə son günlərin hadisəsi olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üçün çəkdirdiyi reklam roliki oğurluq çıxdı. Həmin reklam 2003-cü ildə Sony şirkətinin «playstation»un oyun aparatları üçün çəkilən «Dağ»ın (Mountain) tamamilə eynisidir.
Vaxt.az saytı xəbər verir ki, başdan-ayağa İngiltərənin TBWA reklam agentliyinin hazırladığı «Dağ» reklamının oxşarı olan seçki rolikində yeganə fərq videonun fonundakı səs və dalğalanan bayraqdır. İngilislərin reklamında bütün hərəkətlər məşhur bəstəkar Şirli Templin (Shirley Temple) bəstələdiyi «Göyərtəyə alın» (Get on board) musiqisi sədaları altında davam etdirilirdisə, AKP-nin plagiat reklamında məşhur türk şairi Mehmet Akif Ərsoyun «İstiqlal marşı» şeiri şairin öz səsi ilə səsləndirilib.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan plagiat reklam rolikini o qədər çox bəyənibmiş ki, AKP lideri telefon açaraq reklam şirkətinə şəxsən təşəkkürünü bildiribmiş. Türk reklamçılar «Dağ»ı təsadüfən seçməyiblər. İngilislərin ərsəyə gətirdiyi reklam roliki 2004-cü ildə keçirilən Beynəlxalq Andy Mükafatlandırılmasında (International Andy Awards) 2-ci yerə çıxaraq gümüş medal qazanmış və «Playstation-2» oyun aparatlarının satışında sıçrayışa səbəb olmuşdu.
Xatırladaq ki, seçki roliki ekranlara çıxar-çıxmaz MHP və CHP-nin Ali Seçim Komissiyasına (Yüksək Seçim Kurulu) etdiyi şikayət əsasında qadağan olunmuşdu. Buna səbəb reklam rolikində səsləndirilən şüar olub. AKP qadağadan sonra reklamdakı şüarda «Türkiyə bayrağı» kəlməsini çıxardaraq, «Millət əyilməz, Türkiyə yenilməz» kimi səsləndirib. Bu dəyişiklikdən sonra Radio Televiziya Üst Qurumu (RTÜK) reklamın KİV-də və internetdə yayımına icazə verib.