
1 milyard dollar xərci var
Türkiyənin nüvə enerjisi ilə işləyən sualtı qayığın inşasına başlayır
Türkiyənin nüvə enerjisi ilə işləyən sualtı qayığın inşasına başlayır
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azarkeşlər 25-ci çempionluğu qeyd edərkən yaranan izdiham zamanı 33 polis yaralanıb
Mustafa Kamal xidmətini edib Atatürk oldu
Lüksemburqda təcili eniş etdi
ABŞ Türkiyəyə 304 milyon dollar dəyərində raket satacaq
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”
Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Üç ölkənin həmrəyliyi türk cümhuriyyətlərinə yaxşı mənada örnək ola bilər
Tədqiqatçılar aylar sonra Ağrı dağında ilk böyük dəlilə rast gəldiklərini iddia edir
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Hakan Fidana sui-qəsdin təfərrüatları ortaya çıxdı
... Və yaxud, terrorçu hara, siyasət hara?
Türkiyə liderinin Çaldıran döyüşü ilə bağlı ehtiyatsız ifadəsi bir daha göstərdi ki, Tarix doğrudan da həddindən artıq təhlükəli silahdır. Odur ki, dövlət başçıları, siyasi liderlər tarixi məsələləri dərindən bilməli, lakin heç vaxt “tarixçi”lik azarına yoluxmamalıdırlar, bu və ya digər tarixi hadisə ilə bağlı birtərəfli və qızışdırıcı hökmlər verməməlidirlər.
Ümumiyyətlə, tarixi mövzularda danışmağı çox sevən gəlmiş-keçmiş dünya liderləri (Otto fon Bismark, Vudro Vilson, Lenin, Stalin, Hitler və s.) arasında yalnız ABŞ-ın 26-cı prezidenti olmuş Teodor Ruzvelt əsl peşəkar tarixçilər kimi doğru-düzgün fikirlər səsləndirməyi bacarıb və hətta tarixi mövzularda akademik səpkidə kitablar da yazıb.
Mən ötən yazılarımdan birində Putinin və onun komanda üzvlərinin də (xüsusən də Lavrovun) “tarixçi”lik azarı haqqında müşahidələrimi yazmışdım.
Təəssüf ki, bizim böyük dəyər verdiyimiz, gerçəkdən sayğı duyduğumuz qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da özünü bu azara yoluxmaqdan qoruya bilmədi.
Ərdoğanın “Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq zəfəridir” sözləri tarixin künclərində, arxivlərində saxlanılmalı olan bir məsələni yenidən “reanimasiya” etmək, “diriltmək” və bugünümüzün gündəminə daşımaq cəhdidir. Onun bu səhvi Azərbaycan və Türkiyənin birliyini, qardaşlığını hər vasitə ilə zədələmək məqsədi güdən İran və Rusiya üçün də, Qərbdəki türk düşmənləri üçün də yeni bir fürsət yaratdı.
Dəyərli ekspertlərimizdən birinin söylədiyi kimi, “Çaldıranda Sultan Səlim savaşı qazansa da, zəfər yoxdur. Çaldıranda Zəfərin olduğunu iddia etmək yaranan geopolitik qırılmanı daha da dərinləşdırmək, yanlışı tarixin önünə daşımaq, Azərbaycanın quzeyini rusun, güneyini fars şovinizminin zülmünə itələmək, məzhəbçiliyi körükləmək, TDT-ni baltalamaqdır”.
Ona görə də Ərdoğan bu cür zərərli və təhlükəli bir fikri dilə gətirməzdən öncə, heç olmasa, ən yaxın siyasi ortağı, MHP-nin başqanı Dövlət Bağçalı ilə gənəşməliydi. Çünki D.Bağçalı bu məsələdə Ərdoğandan daha sağlam düşünür.
Dövlət Bağçalı Türkiyədə Şah İsmayıla necə yanaşmağın belə bir modelini təklif etmişdi: “Çaldıranda iki Türk dövlətini qarşı-qarşıya gətirən bölgəsəl hakimiyyət və ticarət yolları üzərində hakimlik mübarizəsi idi. 500 il əvvəl yaşananları bu günə daşıyaraq düşmənçilik çıxarmaq əsla doğru deyildir. Şah İsmayıl da bizim üçün ən azı Sultan Yavuz qədər hörmətli, yeri dolmayacaq bir hökmdarımızdır. 500 il əvvəl Çaldıranda tökülən qan, Türkün, Türkmənin qanıdır”.
D.Bağçalının bu sözlərindən sonra yenə də yazımın əvvəlindəki fikrimə qayıdıram: Bundan sonra tarixi mövzularda danışarkən, necə deyərlər yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Çünki bu cür ehtiyatsız açıqlamalar Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsi istiqamətində son illərdə əldə edilmiş nəticələri, uğurları alt-üst edə bilər.
TDT gələcək böyük Türk Birliyinin bünövrəsi, təməli sayılır. Ona görə də bu cürə ehtiyatsız fikirlər səsləndirməklə gələcək birliyimizin bünövrəsinə gec partlayan (əslində isə tez partlayan) minalar qoymaq lazım deyil.
Bu baxımdan, Ərdoğanın müşavirləri, köməkçiləri, mirzələri (speechwriter), o cümlədən baş müşaviri Oqtay Saral bəy də bundan sonra Ərdoğanın çıxışlarının mətnini hazırlayarkən tarixi mövzulara xüsusi həssaslıqla, diqqətlə yanaşmalıdırlar. Onlar hər il Malazgirt Zəfəri, 30 Avqust Zəfəri, Çanaqqala savaşı günlərində eyni şablon mətni Ərdoğana verib yüksək kürsülərdən hər il eyni səhvin təkrarlanmasına yol verməməlidirlər. Bu, onların tərəfindən çox böyük suçdur, günahdır.
Mən bu son 5 gün ərzində Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildən 2024-cü ilə qədər olan dövrdə Zəfər çıxışlarının mətnlərini incələdim. Bəli, sən demə, qardaş ölkəmizin lideri son 16 il ərzində yuxarıda adlarını qeyd etdiyim tarixi Zəfər günlərində hər dəfə “Çaldıran zəfəri” ifadəsini işlədərək eyni yanlışlığı illər boyu təkrarlayıb.
Bu fikrimin doğruluğuna əmin olmağınız üçün həmin illərdə Türkiyə mətbuatında dərc olunmuş Ərdoğanın çıxışlarından bəzi nümunələri də təqdim edirəm.
Nümunə-1:
Rəcəb Tayyib Ərdoğan 2009-cu ilin 22 fevralında o zaman ona qarşı qatı müxalif mövqedə dayanan MHP başqanı Dövlət Bağçalıya xitabında bu sözləri söyləmişdi: “Bu ölkədə Türk, Kürt, Laz, Çərkəz, Gürcü və Abxaz, Türkiyə vətəndaşlığı altında birdir, bərabərdir, bütündür. Kimsə, etnik kimliyə dayanaraq siyasət yürütməsin... Tariximizə baxdığımızda Mohaçı görürük, Niğbolunu görürük, Çaldıranı görürük, Çanaqqala Dastanını görürük, Qurtuluş Savaşını görürük. Biz bu ruhla yaşadıq, bu ruhda təhsil aldıq ve gələcəyin Türkiyəsini bu ruh üzərində qurmağa çalışırıq”. (Yenicaggazetesi.com.tr, 23 fevral 2009)
Nümunə-2:
2024-cü il avqustun 30-da Ankarada, Cümhurbaşqanlığı Sarayında keçirilən “30 Avqust Zəfər Bayramı” Özəl Konserti proqramında çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan avqust ayının tarixdə Türkün zəfərlər ayı olduğunu vurğulayaraq bu sözləri demişdi: “Bu ay içərisində hamısı tariximizdə bir kilometr daşı uzunluğunda Mercidabık Zəfərini, Otlukbeli Zəfərini, Çaldıran Zəfərini, Belqrad Zəfərini, Mohaç Zəfərini, Kıbrısın fəthini başa düşdük. Dörd gün öncə, millətimizə Anadolunun qapısını açan Malazgirt Zəfərinin 953-cü ildönümünü böyük bir qürurla qeyd etdik” (https://www.dha.com.tr, 30.08.2024)
Bütün bu eyni məzmunlu çıxışlar, sitatlar onu göstərir ki, Ərdoğanın müşavirləri, mirzələri (speechwriter) özlərinə çox da əziyyət vermək istəmir, hər il eyni şablon mətnləri Ərdoğanın masasının üstünə qoyaraq, necə deyərlər, onu yola verirlər. Çünki o müşavirlərin heç özlərinin də əksəriyyətinin geniş və dərin tarix bilgisi yoxdur.
Ancaq burada bir maraqlı məqamı da qeyd etməliyik ki, az öncə qeyd etdiyim çıxışlarından fərqli olaraq Ərdoğanın 2025-ci il mayın 15-də AK Parti Təşkilat Akademiyası Liderlik Məktəbi Proqramında çıxışı zamanı səsləndirdiyi “Coğrafiya və tarix türk, kürd və ərəbi çözülməz, dağılmaz şəkildə bir-birinə sıx bağlayıb. Malazgirt, türk-kürd-ərəbin ortaq zəfəridir. Çaldıran, türk-kürd-ərəbin ortaq zəfəridir. Ridaniyə, Qüdsün fəthi, İstanbulun fəthi ortaq zəfərimizdir” ifadəsi həm Türkiyənin özündə, həm də Azərbaycanda böyük rezonans doğurdu, kəskin etirazlara səbəb oldu.
Çünki bu dəfə məsələnin kökündə, mayasında PKK məsələsi, ərəbçilik, yeni osmanlıçılıq (neoosmanizm) amilləri çox qabarıq şəkildə üzə çıxır, boy göstərir. Hal bu ki, indi zaman xəyali yeni osmanlıçılıq zamanı yox, real Türk birliyini qurmaq, inkişaf etdirmək zamanıdır.
P.S. Müşahidələr isə onu göstərir ki, bu gün nə Türkiyə, nədəki Türküstanın (Mərkəzi Asiya) türk dövlətləri Türk dünyasının inteqrasiya, birlik, birləşdiricilik lokomotivi, aparıcı gücü olmağa hazır deyil. Bu mübarək yük, bu şərəfli missiya da məhz Azərbaycanın üzərinə düşür.
P.P.S. Ərdoğanın müşavirləri isə İlham Əliyevin Şah İsmayıl Xətainin xatirəsinə sayğısını, ehtiramını əks etdirən bu fotoşəkli arada fürsət tapıb ona göstərsələr yaxşı olar.