
“Ticarət müharibəsi gedir”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Əksər siyasi liderlər tərif edilməyi, komplimentlər eşitməyi sevir. Hazırkı dövlət başçılarından Tramp da, Putin də, Makron da buna əyani misaldır.
Ərdoğan da istisna deyil. O da həm adi insanlar tərəfindən, həm də öz həmkarlarının dilindən öz ünvanına xoş sözlər, təriflər eşidəndə məmnun olur.
Donald Trampın Benyamin Netanyahu ilə Ağ Evdə keçirilən görüş zamanı Ərdoğanla yaxşı münasibətlərinin olduğunu, onu güclü və ağıllı insan hesab etdiyini bəyan etməsi heç şübhəsiz ki, son həftələrdə Türkiyədə yaşanan siyasi çalxalanmalar üzündən xeyli gərginlik keçirən Rəcəb Tayyib Ərdoğanın üzünü güldürəcək, könlünü açacaq qədər önəmli hadisədir.
Tramp özgələrinin ünvanına xoş sözlər söyləmək məsələsində olduqca xəsis adamdır. Ancaq Ərdoğanın haqqında isə doğrudan da çox yüksək fikirlər səsləndirib. Prezidentlik səlahiyyətlərinin icrasına başladığı son 3 ay ərzində Tramp Ərdoğandan başqa hələ heç bir liderin şəninə bu cür tərif yağdırmayıb (öz də birbaşa Netanyahunun - yəni ki, Ərdoğandan zəhləsi gedən bir şəxsin yanında).
Amma Tramp o tərifləri boşuna yağdırmayıb. Təmənnalı təriflərdir. Daha doğrusu, o təriflər konkret siyasi hədəflərə, ABŞ-ın bölgədəki geosiyasi mənfəətlərinə hesablanıb.
Birincisi, Tramp hal-hazırda hamıya “qan-qan” deyən, “müharibə Tanrısı” kimi çıxış edən Netanyahunu Ərdoğanın vasitəsilə neytrallaşdırır, cilovlayır.
İkincisi, Suriya üzərindən mümkün Türkiyə-İsrail hərbi toqquşmasının qarşısı alınmış olur.
Tramp peşəkar siyasətçi deyil. O, bütün məsələlərə iş adamı kimi yanaşdığına görə müharibələrin əleyhinə çıxır. Trampa bu gün ABŞ-ın müttəfiqləri sayılan Türkiyə ilə İsrail arasında savaş başlanması qətiyyən lazım deyil.
Ona görə də Ağ Evdə görüş zamanı Netanyahunun gözləri önündə Ərdoğanı tərifləməklə məsələyə nöqtə qoyan Donald Tramp, İsrail-Türkiyə gərginliyinə toxunaraq bildirdi ki, əgər İsrail “ağıllı davranarsa”, münasibətlərin normallaşmasında vasitəçi ola bilər.
Başqa sözlə desək, Tramp “siz ağıllı olmalısınız” deməklə, Netanyahuya işarə etdi ki, indi qoçuluq vaxtı, yetənə yetmək, yetməyənə bir daş atmaq zamanı deyil.
“Bloomberg” bugünkü analizində Trampın Ərdoğanla bağlı sözlərini Netanyahu üçün hətta fiasko kimi dəyərləndirib.
Geosiyasi anlamda isə Trampın bu taktikası ona işarədir ki, bu gün təkcə İsrail yox, Türkiyə də ABŞ üçün bölgədə olduqca önəmli ölkədir.
Bu isə o deməkdir ki, yaxın gələcəkdə Türkiyə ilə İsrailin münasibətlərində yenidən normallaşmanın şahidi ola bilərik. Bu mənada bu gün İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda bir neçə il öncə İsrail və Türkiyə arasında ilk normallaşma zamanı Azərbaycanın vasitəçiliyi barədə danışması da təsadüfi deyil. Vaşinqton-Bakı treki Ankara və Tel-Əviv üçün nikbin perspektivlər vəd edir.