vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
Dilənçilərin himayəçiləri ... 12:26 | 1 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dilənçilərin himayəçiləri ...

... “Hayastan” Ümumerməni Fonduna pullar necə yığılırmış?

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu sualı ötən gün (iyunun 30-da) davam etdirilən Bakı Hərbi Məhkəməsinin iclasında 1997-2007-ci illərdə Qarabağda erməni separatçılığına rəhbərlik etmiş qatı türk düşməni Arkadi Qukasyan cavablandırıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Qukasyan qondarma rejimin “rəhbəri” qismində “Hayastan” ümumerməni fondunun Himayəçilər Şurasının üzvü olduğunu bildirib.

Qukasyan əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. rəsmi şəxslər də (ümumilikdə 30-40 nəfər) olub.

Xatırladaq ki, erməni kilsəsindən sonra türk düşmənçiliyinin əsas mərkəzlərindən biri olan “Hayastan” fondu 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb.

Arkadi Qukasyan bu fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlər barədə danışıb. Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir.

Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs qismində çıxış edən terrorçu-separatçı A.Qukasyan “Hayastan” fondu üçün maliyyə vəsaitlərinin telemarafonlar vasitəsilə yığıldığını və şəxsən özünün də həmin telemarafonlarda iştirak etdiyini bildirib. O deyib ki, telemarafonlar ABŞ-da (Los-Ancelesdə), Fransada (Parisdə), Almaniyada, Avstriyada, İsveçrədə keçirilib: “İnsanlar telemarafonlar vasitəsilə ianələr edirdi, biri 5 dollar, o biri 10 min dollar, başqası 50 min dollar verirdi”.

A.Qukasyan, həmçinin Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini də təsdiqləyib. Məhz bu planın əsasında Ermənistan hökuməti Suriyadan, Livandan və digər yerlərdən gələn erməniləri Azərbaycan torpaqlarında məskunlaşdırırdı. Bu isə beynəlxalq hüquqa zidd idi. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Deməli, Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti yürütməsi beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də hərbi cinayət sayılırdı.

Ermənistanın məqsədi Qarabağda qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini tamamilə dəyişmək idi. Bu məskunlaşdırmada “Hayastan” fondu da iştirak edib.

Lakin Azərbaycan 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı ilə Ermənistanın bu cür qanunsuz məskunlaşdırma planlarının qarşısını aldı.

Və bu gün həmin terrorçular Bakıda məhkəmə kürsüsündən öz cinayətlərini etiraf edirlər. “Hayastan” fondu isə demək olar ki, artıq fəaliyyətini dayandırmaq üzrədir. Erməni kilsəsi kimi, “Hayastan” fondunun da qara günləri başlayıb.

P.S. Bu fond həm də Xocalı qatili Robert Köçəryanın və digər erməni liderlərinin iri korrupsiya maxinasiyalarında iştirak edib. Eləcə də “Hayastan” Ümumerməni Fondu 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində “humanitar məqsədlər” adı altında Ermənistanın hərbi xərclərini də maliyyələşdirib. Bütün bu faktlar “Hayastan” fondunun potensial şər yuvası olduğunu göstərir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)