vaxtlı-vaxtında oxuyun! Cümə, 13 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
“Azərbaycanın Nürnberqi” 23:14 | 12 iyun 2025 | Cümə axşamı Məqaləyə 40 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərbaycanın Nürnberqi”

... Yaxud taleləri ilə barışanların fotosu

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə erməni separatçıları üzərində keçirilən məhkəmə iclasları artıq bir neçə aydır ki, davam edir.

“Azərbaycanın Nürnberqi” adını almış bu tarixi məhkəmənin bugünkü (12 iyun 2025-ci il) iclasında çəkilən bu fotoşəkil separatçı müttəhimlərin son aylarda çəkilmiş ən maraqlı şəkillərindən biridir.

Biz “Günün fotosu” adlandırıla biləcək bu fotoşəkildə Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərini görürük. Onlar gorbagor olmuş qondarma “dqr” rejimində müxtəlif “vəzifə”ləri icra ediblər.

Bu barbarlar özlərini bizim Qarabağın “ağa”sı hesab edirdilər və elə zənn edirdilər ki, onların separatçılığı əbədi hökm sürəcək. Lakin onlar bu gün Bakıda həbsxana həyatı yaşayırlar.

Və fotodan da göründüyü kimi artıq taleləri ilə barışıblar.

P.S. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə asi çıxanların hamısını məhz bu tale gözləyir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)