Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
17:19 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 313 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Qazaxıstandan olan jurnalist həmkarımız Nurgəldi Abdiqəni “Facebook” hesabında paylaşdığı “Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi” adlı yazısında Yekaterinburq hadisələrinə münasibət bildirib.
Yazıda deyilir: “Rusiyanın növbəti özbaşınalığı Bakı ilə Moskva arasında münasibətləri saatbasaat soyudur. Gərginlik Yekaterinburqdan başlayıb.
Rusiyanın “vur, hara vura bilərsən” prinsipi ilə hərəkət edən güc strukturları azərbaycanlıların yaşadığı bir neçə mənzildə reyd keçirib. Daha dəqiq desək, Rusiya OMON-u “ov ovlamağa çıxan kimi” soydaşlarımızın evlərində amansızlıqla axtarış aparıb, onları vəhşicəsinə döyüb, istədiklərini edib.
Bu qəddarlıq nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Bakının açıqlamasına görə, 27-28 iyun tarixlərində ümumilikdə 50-yə yaxın azərbaycanlı bu cür zorakılığa məruz qalıb. Yekaterinburqda qardaşlar Hüseyn və Ziyəddin Səfərovdan biri Daxili İşlər İdarəsində döyülərək öldürülüb, digəri isə xüsusi təyinatlıların maşınında həyatını itirib.
Bu hadisələr təkcə Yekaterinburqla bitməyib. Elə həmin ərəfədə Rusiyanın Voronej şəhərində də azərbaycanlılara qarşı qəddar reyd keçirilib. “Alekseevskiy” bazarında baş vermiş məişət zəminli münaqişədən sonra “Rus icması” deyilən bir dəstə ortaya çıxıb, zorakı çağırışlar edib. Ardınca OMON gəlib və iki dəfə döydü.
İlk zərbə
Bəs Bakının reaksiyası necə oldu? Əlbəttə ki, susmadı! Azərbaycan XİN Rusiyanın səfirini çağırıb xəbərdarlıq etdi. İki dəfə rəsmi etiraz bildirdi. Ombudsman məktubla müraciət edərək izahat tələb etdi. Prokurorluq cinayət işi başlatdı. Milli Məclisin bir neçə deputatı yüksək səslə Moskvaya sərt mesajlar verdi. Bundan əlavə, əvvəlcədən planlaşdırılmış Moskva ilə bağlı mədəni tədbirlər ləğv edildi. Bu addımlar Bakının birinci “zərbəsi” idi.
Moskva isə buna laqeyd qalmadı. Peskov bir dəfə, Zaxarova isə iki dəfə danışdı. Hər ikisi Rusiya güc strukturlarını müdafiə etdi və baş verənləri “məişət münaqişəsi” kimi təqdim etməyə çalışdı.
“Bakının sərt reaksiya verməyə heç bir əsası yoxdur”, – dedilər.
İkinci zərbə
Daha sonra Azərbaycan öz gücünü ortaya qoymağa başladı. “Sputnik Azərbaycan” adlı agentliyin binasına reyd keçirildi. Kremlin ideoloji maşınına xidmət edən jurnalistlər istintaqa aparıldı.
Bu əməliyyat gizli saxlanılmadı. Agentliyin binası ilə kifayətlənməyib, bütöv bir küçə bağlandı və Moskvaya “baxın, görün” mesajı verildi.
Azərbaycan DİN “Sputnik”də çalışan 7 nəfəri əlləri-qolları qandallanmış şəkildə saxladı. Onlara Rusiya FTX agentləri olmaq ittihamı irəli sürüldü.
Eyni zamanda, Azərbaycanın dövlət televiziyaları Rusiyanın “imperiya” siyasətini tənqid etməyə başladı. İndi geniş şəkildə Stalin dövrünün repressiyaları və işğal siyasəti barədə proqramlar yayımlanır.
Bundan sonra Moskva tonunu dəyişdi. Azərbaycan səfirinə nota təqdim edildi, Rusiya vətəndaşlarının azad olunması tələb edildi.
Üçüncü zərbə
Bəs Bakı nə etdi? Bakı bu gün Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxladı! “Güc tətbiqi nə deməkdir, baxın!” – deyə həmin şəxsləri videoya çəkib yaydı. Bu şəxslərə “İrandan narkotik daşımaq” və “kiberfırıldaqçılıqla məşğul olmaq” kimi ittihamlar irəli sürüldü.
Bütün bunların fonunda Bakı ilə Moskva arasında münasibətlər getdikcə soyuyur. Və buna səbəb Rusiyanın özbaşına davranan güc strukturlarıdır. Onlar yalnız azərbaycanlılara yox, digər xalqlara, hətta öz vətəndaşlarına da düşmən münasibət bəsləyir.
Yadınızdadırmı? Qırğızıstan vətəndaşlarının Rusiyada necə işgəncəyə məruz qaldığını yazmışdıq. Bişkek nota verdi, parlament üzvləri sərt çıxışlar etdi.
Sonra özbək qardaşlarımız da Rusiyada vəhşicəsinə döyüldü, qanunsuz təqiblərə məruz qaldı. Özbəkistan deputatları da susmadı, sərt danışdılar, vətəndaşlarına sahib çıxdılar.
Rusiya bu cür özbaşınalığı davam etdirərsə, sonda Kreml tamamilə dostsuz qalacaq!”