Tramp Türkiyəyə gəlir
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
13:41 | 20 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 358 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Siyasi, iqtisadi, inzibati üstünlüklər
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Zaman-zaman ölkələrini idarə liderlərin fiziki xüsusiyyətləri də qərarları qədər müzakirə mövzusuna çevrilir. Dünyanın hər yerində liderlər təkcə siyasətləri ilə deyil, fiziki xüsusiyyətləri ilə də məşhurlaşır. Ağlı ilə, natiqliyi ilə seçilən dövlət başçıları həmçinin boyları ilə də diqqəti cəlb edir. Xüsusilə beynəlxalq zirvələrdə bir araya gələndə kamera obyektivinin ilk tutduğu detallardan biri boy fərqidir.
Hündür boy liderlər təkcə siyasi mövqeyi ilə deyil, həm də vizual görünüşü ilə ictimaiyyətdə güclü təəssürat yaradır.
Bu maraqlı reytinqin yuxarı hissəsində sözün əsl mənasında “kölgə qoyan” bir ad var: Albaniyanın baş naziri Edi Rama, boyu 2 metrdən çox olan hazırkı lider tituluna sahibdir.
***
“Ginnesin Rekordlar Kitabı”na görə, hazırda ən uzun boylu lider Albaniyanın baş naziri Edi Ramadır. Boyu 200,66 sm olan Rama əvvəllər peşəkar basketbol oynayan idmançıdır. Bu fiziki xüsusiyyəti sayəsində o, dünya liderləri arasında sözün əsl mənasında “fərqlənir”.
***
Qeyri-ənənəvi üslubu və diplomatik jestləri ilə də tanınan Edi Rama bu yaxınlarda Avropa Siyasi Birliyinin sammitində İtaliyanın baş naziri Corca Melonini qırmızı xalçada qarşılayarkən diqqət çəkib.
***
Edi Ramanı izləyən digər uzun boylu liderlər bunlardır:
Aleksandar Vučić (Serbiya Prezidenti): – 198 sm
Donald Tramp (ABŞ Prezidenti) – 192 sm
İlham Əliyev (Azərbaycan Prezidenti) – 190 sm
Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti) – 185 sm
Si Cinpin (Çin lideri) – 180 sm
Keir Starmer (Böyük Britaniya Baş naziri): – 177 sm
Vladimir Putin (Rusiya Prezidenti): – 170 sm
***
Siyahının digər ucunda İrlandiya prezidenti Maykl Deniyel Hiqqins (160 sm) və İtaliya Baş naziri Corca Meloni (158 sm) dayanır.
Liderlərin boyu media və ictimaiyyət tərəfindən bəzən yumoristik şəkildə müqayisə edilsə də, ekspertlər bu cür fiziki detalların siyasi bacarıqlara kölgə salmamalı olduğunu deyirlər.