vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KRİMİNAL, CİNAYƏT  
Sosial şəbəkə fenomeninə maksimum cəza 20:52 | 29 may 2025 | Cümə axşamı Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sosial şəbəkə fenomeninə maksimum cəza

17,5 il avtomobil sürmək qadağası, 25 min avro zərimə, sürücülük imtahanı və s...

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə yaşayan və sosial mediada “Adil.gofast” adı ilə tanınan sosial media fenomeni lüks avtomobillərdə təhlükəli sürməsini internetdə paylaşdıqdan sonra ən yüksək cəzaya məruz qalıb. Brüssel məhkəməsi fenomenə 17 il 6 ay müddətinə sürücülük hüququndan məhrumetmə, 25 mindən çox cərimə kəsib və ondan bütün sürücülük imtahanlarından keçməsini tələb edib.

Brüssel Respublika Prokurorluğu 2023-cü ilin mayında sosial mediada yayılan videolarla bağlı araşdırmaya başlayıb. Tədqiq olunan görüntülərdə Polşa və Almaniya nömrə nişanlı lüks avtomobillərdə çoxsaylı təhlükəli sürücülük və sürətin 250 km/saatdan çox olduğu aşkarlanıb. Videolarda təhlükəli ötmə və sistemli şəkildə yol hərəkəti qaydalarının pozulması halları yer alıb. Bu görüntülər 40 mindən çox izləyici ilə paylaşılıb.

Bu gün keçirilən məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs əvvəllər 6 dəfə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib, həmçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunub. Üstəlik qeyd edilib ki, hətta məhkəmə prosesi davam edərkən o, aprel ayında Brüsseldə tunellərdə sürətlə gedərkən özünün yeni videolarını yayımlamağa davam edib.

***

Təqsirləndirilən şəxs iclasda iştirak etməyib, lakin məhkəmə prokurorun vəsatəti əsasında ən yüksək cəzanı təsdiqləyib. Qərarda 25 600 avro cərimə və 17 il 6 ay sürücülük hüququndan məhrumetmə, həmçinin onun psixoloji və tibbi müayinədən keçməsi tələbi var.

Səlahiyyətlilər bəyan ediblər ki, ictimai təhlükəsizliyi təhdid edən bu cür davranışların qarşısını almaq üçün ən sərt sanksiyalar tətbiq edilib.