
“GLP-1-lər sehrli deyil”
Arıqlama kursları satan fenomenin dərmandan istifadə etdiyi üzə çıxıb
Arıqlama kursları satan fenomenin dərmandan istifadə etdiyi üzə çıxıb
Məqsəd – düşünənləri deyil, izləyənləri artırmaqdır
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Avropada rəqəmsal xaosa qarşı hüquqi tənzimləmə digər ölkələrdə “söz azadlığına müdaxilə” hesab olunur
Avropada rəqəmsal xaosa qarşı hüquqi tənzimləmə digər ölkələrdə “söz azadlığına müdaxilə” hesab olunur
Avropada rəqəmsal xaosa qarşı hüquqi tənzimləmə digər ölkələrdə “söz azadlığına müdaxilə” hesab olunur
Avropada rəqəmsal xaosa qarşı hüquqi tənzimləmə digər ölkələrdə “söz azadlığına müdaxilə” hesab olunur
Braziliyada sosial media fenomeni olan 22 yaşlı Luna Ambrozeviçius Abrahao həftənin əvvəlində sosial mediada canlı yayım zamanı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb. Cinayətkar gənc qadına 9 bıçaq zərbəsi vurub.
205 mindən çox izləyicisi olan Abrahao sosial mediada canlı yayıma başlayarkən keçmiş sevgilisi Aleks Oliviera onun evinə gəlib. Abrahaonun ifadəsinə görə, Oliviera mətbəxə gedib, bıçaq götürüb və gənc qadına hücum etməzdən əvvəl Abrahaonun bibisinə “Bağışlayın Marsela” deyib. Minlərlə insanın izlədiyi canlı yayımda həmin anlar qorxu və təlaş içində yaşanıb.
Canlı görüntülərdə Abrahaonun qışqıraraq köməyə çağırdığı və təcili yardım üçün yalvardığı əks olunub. Abrahao yaralandıqdan sonra telefonu çevirərək qanlı bədənini göstərərək çoxlu qan itirdiyini bildirib.
Hadisə yerində olanların sürətli müdaxiləsi nəticəsində gənc qadının sağ qalıb.
***
Bildirilib ki, Aleks Olivyera Abrahaonun kürəyinə, əllərinə, ayaqlarına və bədəninin digər nahiyələrinə 9 bıçaq zərbəsi vurub.
Hücum zamanı bıçağı çıxarmaq istəyərkən Abrahao ayağından ağır yaralanıb və əməliyyat olunub.
Bildirilib ki, gənc qadın hazırda San-Pauludakı xəstəxanada müalicə olunur və səhhətinin vəziyyəti stabildir.
Abrahaonun ifadəsinə görə, cütlük təxminən bir il yarım idi ki, birlikdə olub. Bununla belə, Abrahao bu yaxınlarda əlaqəni bitirib. Olivyera hadisədən bir neçə saat əvvəl gənc qadını hədələyib, avtomobilinin təkərlərini kəsib və yenidən ona hücum etməyə çalışıb.
Qadın özünü müdafiə edərək hücumdan xilas olub. “Mən vazanı atdım və qaçdım”, – Abrahao deyib.
***
Polis Olivyeranın həbsinə order verib. Hazırda həbsdə olan şübhəli qadına qarşı zorakılıq və adam öldürməyə cəhddə ittiham olunur. Abrahaoya qarşı mühafizə orderi verildi. Gənc qadın, “Onun etdiyinə görə əziyyət çəkməsini istəyirəm”, – deyib.
Hücumdan sonra sosial mediada açıqlama verən Abrahao, baş verənlərdən sonra susmağa ehtiyacı olduğunu bildirib: “Dostlar, hazırda açıqlama vermək istəmirəm. Xahiş edirəm, bu prosesə hörmətlə yanaşın. Yoruldum, kədərlənirəm, inciyirəm. Davamlı açıqlama tələb edən insanlar, medianın təzyiqləri məni daha da yorur. Bu gün sadəcə dincəlmək, əməliyyatlarımı etmək istəyirəm”.