İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:02 | 16 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 188 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
“İsrail Hərbi Hava Qüvvələri Tehran səmasında hökmranlıq edir. Bu, bütün əməliyyat konsepsiyasını dəyişən vəziyyətdir. Biz iki məqsədə nail olmaq yolundayıq: Nüvə təhlükəsini və raket təhlükəsini aradan qaldırmalıyıq”.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz və baş qərargah rəisi general-leytenant Herzi Halevi ilə birlikdə İsrail Hərbi Hava Qüvvələrinin Tel Nof bazasını ziyarət edib.
İsrail baş nazirliyinin yazılı açıqlamasına görə, Netanyahu, “Siz İsrail xalqı və dövləti adına böyük işlər görürsünüz. İsrail Hərbi Hava Qüvvələri Tehran səmasında hökmranlıq edir. Bu, bütün əməliyyat konsepsiyasını dəyişdirən bir vəziyyətdir. Biz iki məqsədə – nüvə və raket təhlükəsini aradan qaldırmağa nail olmaq yolundayıq. Biz Tehran səmasında hökmranlıq edəndə bu hədəflərə, yəni rejimin hədəflərinə hücum edirik. Mülki vətəndaşlarımızı hədəf alan, qadın və uşaqları öldürməyə çalışan İran rejimindən fərqli olaraq, biz bu hədəfləri vururuq. Biz Tehran xalqına “Tehranı boşaldın!” deyirik və hərəkətə keçirik.
Biz qələbə yolundayıq və bu, qəhrəman pilotlarımızın sayəsində mümkün olub. Möhtəşəm yerüstü heyətlərimiz də böyük işlər görürlər. Sizi salamlayıram. Bütün İsrail vətəndaşları sizə salam deyir. Sizə demək istəyirəm ki, dünyada bir çox insan sizi heyran edir və qiymətləndirir”.