İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:40 | 16 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 297 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İyunun 6-da ABŞ-ın nüfuzlu “Newsweek” jurnalı İranla bağlı maraqlı məqalə yayımlayıb. Bu yazıda sadalanan faktlar hazırda davam edən müharibənin başlama səbəbləri ola bilər.
“İran ABŞ-la gərginlik artdığı bir vaxtda Çindən raket yanacağı alır” – Hesabat
İran, İsrailin zərbələri və bölgədəki müttəfiqlərinin zəifləməsindən sonra hərbi imkanlarını bərpa etmək məqsədilə Çindən minlərlə ton raket yanacağı materialları idxal edir – bu barədə yeni bir hesabatda bildirilir.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Tehran göndərilən bərk yanacaqlı ballistik raketlərdə istifadə olunan “ammonium perchlorate” (ammonium perklorat) maddəsi olub. Bu maddə ilə təqribən 800 raket istehsal etmək mümkündür.
“Newsweek” İran və Çin XİN-lərinə şərh üçün müraciət edib.
***
İran bu maddəni almaqla İsrailin hücumları nəticəsində zədələnmiş əsas obyektlərdən sonra raket imkanlarını bərpa etmək istədiyini nümayiş etdirir. Eyni zamanda ABŞ-ın artan təzyiqləri fonunda İran ilə Çin arasında əlaqələrin dərinləşdiyini göstərir.
Bu irəliləyiş nüvə diplomatiyasının kövrək olduğu bir dövrdə baş verir. Tramp administrasiyası razılaşmaya açıq olduğunu bildirsə də, İranın ballistik raket və nüvə fəaliyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edir. Tehran isə sanksiyaların ləğvi və təhlükəsizlik zəmanətləri istəyir.
***
Çindən göndərilən bu yük bərk yanacaqlı raketlərin istehsalında istifadə olunan ammonium perklorat adlı mühüm oksidləşdirici maddəni əhatə edir. Bu miqyasda maddə ilə 800-ə yaxın raket istehsal oluna bilər. Yükün bir neçə ay ərzində mərhələli şəkildə İrana çatdırılması gözlənilir. İran bu razılaşmanı rəsmi olaraq təsdiqləməsə də, ABŞ artıq bu məsələ ilə əlaqəli İran və Çinli fərdlərə və qurumlara sanksiyalar tətbiq edib.
***
Bu raket yanacağı tədarükü, İranın Suriya, Livan və Yəməndəki proksi qüvvələrinə və raket istehsal obyektlərinə edilən İsrail hücumlarından sonra özünü toparlamağa çalışdığı dövrdə həyata keçirilir. İranın İsrail hədəflərinə qarşı pilotsuz uçuş aparatları və raket hücumlarına cavab olaraq İsrailin həyata keçirdiyi bu hücumlar, tərəflər arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Tehran regional təsirini və hərbi gücünü itirsə də, bu yeni alış, onun öz gücünü yenidən bərpa etmək əzmini göstərir.
***
Çindən əvvəlki bir raket yanacağı göndərişi İranın cənubundakı əsas liman Bəndər Abbasda baş vermiş dağıdıcı partlayışla əlaqələndirilir. Bu partlayış nəticəsində azı 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. İran rəsmiləri bu tədarükü rəsmən təsdiqləməsə də, dövlət mediası partlayışın yanlış saxlanılan yüksək partlayıcı maddələrdən qaynaqlandığını bildirib.
***
İyunun 12-də ABŞ Dövlət Departamenti İranı nüvə təklifini qəbul etməyə çağıraraq bunun “onların maraqlarına uyğun olduğunu” bildirdi. Rəsmi Tommy Piqott qeyd etdi ki, Tramp administrasiyası İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır və Tehran qarşısında “yaxşı və pis seçimlər” olduğunu vurğuladı.
İran isə ABŞ-ın təklifinə cavab olaraq öz əks-təklifini hazırladığını açıqlayıb. Apreldən bəri davam edən danışıqların sonuncu raundu 23 mayda baş tutub. Hər iki tərəf danışıqları davam etdirməyə maraqlı olduqlarını bildirirlər.
***
Əli Şamxani (İran ali liderinin baş müşaviri – hücumun ilk günündə öldürüldü): “ABŞ-ın nüvə proqramımıza dair təklifini aldıqdan sonra, indi yeni əks-təklifimizi hazırlayırıq”.
ABŞ Maliyyə Nazirliyi: “Çinli şəxslər və qurumlar İranın raket proqramını, o cümlədən Husi terrorçularının raket və PUA istehsalını dəstəkləyib”.
ABŞ Dövlət Departamenti sözçüsü Tommi Piqott: “İran rejiminin nüvə silahına sahib ola bilməyəcəyini dəfələrlə aydın şəkildə bildirmişik”.
***
Bu raket yanacağı göndərişlərinin vaxtı, ABŞ-İran nüvə danışıqlarının dayanması ilə eyni dövrə düşür və bu, İranın uzunmüddətli hərbi imkanlarını gücləndirməyə hazırlaşdığını göstərir. Bu isə gələcək danışıqların perspektivlərini daha da çətinləşdirə bilər”.