
Belçika məhsulunda xərçəng riski
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
Belçikada tətbiq olunan məbləğə Azərbaycanda 10 ilin maşınını almaq olar
Belçikada sağlamlıq riski daşıyan kartof kroketləri yığışdırılır
Əksər yerlərdə yalnız təcili yardım xidmətləri göstərilir
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Belçikada içərisində Salmonella bakteriyası aşkar edilən yumurtalar yenidən satışa çıxarılıb
Nəzəriyyə imtahanı üçün 1500 avro tələb edirlər
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
17,5 il avtomobil sürmək qadağası, 25 min avro zərimə, sürücülük imtahanı və s...
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
“Ryanair” təyyarəsinə bomba təhlükəsindən sonra bütün uçuşlar dayandırılıb
Almaniyada 7 müəssisə bağlanıb, türk işçilər deportasiya edilir
Belçika tütün məmulatlarının mağazalarda nümayişini qadağan edir
Bütün uçuşlar ləğv edildi
İşçilərin bir həftəlik etiraz səbəbindən hərəkət xidmətlərinin azalacağı xəbərdarlığı yayılıb
Belçikanın paytaxtı Brüsseldə minlərlə insan ölkədə sosial xərcləri azaldacaq qənaət siyasətinə qarşı nümayiş keçirib. Səhiyyə, qeyri-hökumət təşkilatları, mədəniyyət və incəsənət kimi qeyri-kommersiya sektorlarında çalışan təxminən 15 min insan, ölkədəki müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə Belçikanın paytaxtı Brüsseldə Şimal Vağzalının qarşısında toplaşıb.
Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar şəhərin əsas yollarından istifadə edərək, Albertin meydanına qədər bir neçə kilometr yürüş ediblər.
Yürüşlə əlaqədar Brüsselin mərkəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılıb. Etirazçılar əllərində “Səhiyyə sektoru təhlükədədir”, “Mədəniyyət, səhiyyə, təhsil həmrəyliyi” və “Qeyri-kommersiya sektorlarına dəstək vaxtıdır” sözləri yazılmış plakatlar tutublar.
***
Belçikada qeyri-kommersiya sektorunda çalışanlar kadr çatışmazlığı və ağır iş yükü ilə üzləşirlər. Nümayişçilər Belçikadakı federal və regional hökumətlərdən səhiyyə, sosial dəstək və mədəniyyət kimi sahələrə daha çox vəsait ayırmağı tələb edirlər.
Belçikanın yeni hökuməti qənaət siyasəti çərçivəsində müxtəlif sosial xərclərdə ciddi ixtisarlar etməyi planlaşdırır.