Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
07:50 | 19 aprel 2025 | Şənbə
Məqaləyə 239 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ prezidenti Donald Trampın son açıqlaması, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması istiqamətindəki cəhdlərin yaxın günlərdə ya nəticə verəcəyini, ya da tam iflasa uğrayacağını göstərir. Tramp açıq şəkildə bəyan edib ki, əgər yaxın zamanda real saziş perspektivi yaranmasa, ABŞ bu prosesdən çəkiləcək. Bu bəyanat, əslində, müharibənin qlobal xarakterinin dəyişəcəyinə və regional müstəviyə keçəcəyinə işarədir.
Trampın sözlərində iki əsas məqam var:
Birinci: ABŞ Rusiya–Ukrayna münaqişəsinin diplomatik tənzimlənməsindəki rolunu dayandıra bilər. Bu, ABŞ-ın vasitəçilik funksiyasından və ümumiyyətlə, məsuliyyətdən imtina etməsi anlamına gəlir. Belə olan halda, münaqişə Avropanın daxili probleminə çevriləcək və Rusiya qarşısında yalnız Avropa qalacaq. Aydın görünür ki, Avropa dövlətləri müharibənin uzanmasına ümid bəsləyir və danışıqlardan çox silahlanmaya üstünlük verir. ABŞ-ın çəkilməsi isə bu xətti daha da sərtləşdirəcək.
İkinci: Tramp “real razılaşma siqnalları” gözlədiyini vurğulayır. Bu isə ondan xəbər verir ki, sülh danışıqları yaxın günlərdə ya yeni mərhələyə keçəcək, ya da tamamilə dayandırılacaq. Prezident Tramp öz administrasiyasının Ukrayna məsələsində “işə yaramayan vasitəçilik”lə məşğul olmaq istəmədiyini bildirir və Vaşinqtonun diqqətini daxili iqtisadiyyata və Çinlə ticarət müharibəsinə yönəltmək niyyətində olduğunu gizlətmir.
Belə olan halda, ABŞ-ın danışıqlardan çəkilməsi artıq ssenari yox, gözlənilən reallığa çevrilir. Bu isə o deməkdir ki, müharibə 2025-ci ilin sonunadək davam edə və daha da sərtləşə bilər. Nəticədə, nəinki Ukrayna, hətta Avropa Birliyinin özü də iqtisadi, sosial və təhlükəsizlik baxımından dərin böhranla üzləşə bilər.
Prezident Trampın bu bəyanatı yeni mərhələnin xəbərçisidir. ABŞ artıq bu münaqişədə əsas oyunçu olmaqdan imtina edir və oyunu Avropanın üzərinə atır. Rusiya isə bu boşluğu diplomatik və hərbi cəhətdən doldurmağa çalışacaq. Sülh danışıqlarının taleyi indi daha çox Avropa ilə Moskva arasında gedəcək təkbətək siyasi rəqabətdən asılı olacaq.
Tramp üçün bu, həm də daxili auditoriyaya verilmiş mesajdır: “Mən Amerika üçün faydasız müharibələrdə resurs xərcləməyəcəyəm.” Bu yanaşma isə Vaşinqtonun xarici siyasətində uzunmüddətli dönüş nöqtəsinə çevrilə bilər.