
Putinin az da olsa ağlı varsa...
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
Stalin-Hiter sazişi kimi düşmüş anlaşmadan 86 il ötür
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tarixi faktlar və ideoloji əsaslar
... Ucuz və sonsuz insan resursu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?
Bundan sonra nə olacaq?
İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
... Yaxud qırmızı imperiyanın boz adamları
Baltikyani ölkə modern dünya ilə ayaqlaşır
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
... Yaxud Putin SSRİ xülyasından ayrılmayıb
Deməli gərək ki, SSRİ “güclülər dəstəsi”ndə (“A” liqası deyək) 18 komanda yarışırdı (deyəsən sonra 20 elədilər).
Bunların 9 -u Moskva (5), Leninqrad(1) və Ukrayna(3) komandaları idi. Qalan 9-u (10-u) Rusiya da daxil 15 Sovet respublikasının payına düşürdü. Bu bölgü deyildi ha, aşağı dəstədə birinci yer tutub qalxırdın güclülər dəstəsinə.
Deməli bu “Neftçi” yazıq həmin o Moskva komandalarının 4-dən, Ukrayna komandalarının 2-sindən Leninqrad (indiki Sankt-Peterburq) daxil qalan komandaların da hamısından yaxşı oynamalı idi ki, SSRİ çempionatında 3-cü yeri tutub getsin Avroliqaya.
Ya da “A”-lı, “B”-li bütün dəstələrdəki komandalardan üstün olub, SSRİ kubokunu almalı idi.
Yəni Moskva və 14 respublika ilə yarışıb gəlməli idi ki, xaricə rəsmi oyuna getsin, təcrübə qazansın.
Halbuki məsələn Böyük Britaniyaya daxil olan ölkələrin ayrıca çempionatları var idi və klublar Avroliqada, milliləri də Avropa və dünya çempionatlarında yarışırdılar. Hələ desən, İngiltərəyə də qalib gəlirdilər.
Yox, SSRİ də bu olmazdı. Nə Neftçi, nə Azərbaycanın (və digərlərinin) milli yığması? Nə danışırsınız? Hələ üstəlik özbaşına xaricə getsinlər? Sonra da Avropa çempionatında Rusiyaya qalib gəlsinlər?..
Bu yazını o vaxt yazıb, sonda bu sualları da axırına əlavə eləsəydin, “içəri”də idin.
Amma indi? Hər il azı 4 komandamız Avroliqada özünü sınayır. Uğur qazanmayan da təcrübə qazanır. Eləcə də millimiz. Azərbaycanın adından yarışlara çıxır. Hə, təəssüf ki, uduzur. Amma biz indi idmandan yox, AZADLIQDAN danışırıq...
Bax, həm də bu idi SSRİ.
Bax, həm də budur müstəqillik....
P.S.: SSRİ yığma komandasının əfsanəvi baş məşqçisi Lobonovski (ukraynalı) “əyalət” komandalarında yaxşı oyunçu görəndə deyirmiş, keç Moskva komandalarından birinə, səni yığmaya çağırım, oradan çağırmaq asan olur...
QEYD: Yazı müəllifin facebuk səhifəsindən götürülüb.