İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:24 | 27 iyul 2022 | Çərşənbə
Məqaləyə 3446 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran Rusiyaya öz ərazisində istehsal olunan təyyarə və avadanlıqların ehtiyat hissələrini ixrac edəcək. İranın təmir mərkəzləri tərəfindən Rusiya təyyarələrinə təmir və texniki xidmət göstərilməsi və texniki dəstək haqqında da razılıq əldə olunub.
Bu barədə İran KİV-ləri, xüsusən də IRNA və MEHR agentlikləri İranın Mülki Aviasiya Təşkilatının rəhbərinin Rusiyanın nəqliyyat nazirinin adı açıqlanmayan müavini ilə görüşünün nəticələrinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, iyulun 26-da Tehranda keçirilən danışıqlarda Məhəmməd Məhəmmədi-Bəxş və Rusiya nümayəndəsi hava daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. O cümlədən iki dövlət arasında sərnişin reyslərinin həftəlik sayının 35-ə çatdırılması barədə razılıq əldə olunduğu bildirilir. Məlumatda əlavə edilir ki, hər iki dövlətin aviaşirkətlərinin uçuşların tezliyinə məhdudiyyət qoyulmadan yük uçuşları həyata keçirmək hüququ da qeyd olunur.
Danışıqlar barədə Rusiya xəbər agentlikləri də məlumat yayıb. TASS qeyd edir ki, görüş iştirakçıları ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə edib və anlaşma memorandumu imzalayıblar.
İyulun 19-da Rusiya prezidenti Vladimir Putin danışıqlar aparmaq üçün İrana səfər edib. Onun üçün bu, Ukraynanın işğalından sonra keçmiş SSRİ ölkələrindən kənara ilk səfər idi.
ABŞ prezident administrasiyası bu ayın əvvəlində bildirib ki, İran “sürətlənmiş vaxt çərçivəsində” Rusiyaya yüzlərlə pilotsuz döyüş təyyarəsi satmağa hazırlaşır, bunun üçün Rusiya rəsmiləri son bir ay ərzində respublikanın mərkəzi hissəsindəki aerodroma dəfələrlə səfər ediblər. “Kommersant” Tehran bu məlumatı təkzib etdiyini yazır.