
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Rus turist təəssüratlarını bölüşdü: “Kurortda yeganə qrup biz idik”
Şimali Koreya, Cənubi Koreyanın təbliğat yayımını dayandırmasının ardından sərhəddəki bəzi səsgücləndiriciləri sökməyə başladı. Bununla da iki ölkə arasındakı “meqafon savaşı” müvəqqəti olaraq sona çatdı.
Cənubi Koreya ordusu, Şimali Koreyanın sərhəddə təbliğat yayımı üçün quraşdırılmış bəzi səsgücləndiriciləri sökməyə başladığını bildirdi. Bu addım, Cənubi Koreyanın ön xətdəki öz səsgücləndiricilərini sökməsindən sonra atıldı.
Cənubi Koreya Baş Qərargahı, sökülən məntəqələrin yerini açıqlamadı və Şimalın bütün səsgücləndiriciləri söküb-sökməyəcəyinin hələlik bəlli olmadığını vurğuladı.
Son aylarda Cənubi Koreya sərhəd kəndlərində yaşayan sakinlər, Şimali Koreya səsgücləndiricilərindən gələn heyvan ulartıları və qonq səsləri kimi narahatedici yayımlardan şikayət edirdilər.
Bu yayımlar, Cənubi Koreyanın təbliğat mesajları və “K-pop” mahnıları ilə dolu sərhəd yayımlarına cavab olaraq edilirdi.
Şimali Koreya, iyun ayında yayımını dayandırmışdı. Bu hadisə, Cənubi Koreyanın yeni prezidenti Li Cae Myungun vəzifəyə gələr-gəlməz gərginliyi azaltmaq məqsədilə təbliğat yayımını dayandırmaq qərarı almasının ardından baş verdi.
Cənubi Koreya bu gün sərhəd səsgücləndiricilərini sökməyə başladı, lakin bunların necə saxlanılacağı və ya böhran vəziyyətində yenidən quraşdırılıb-quraşdırılmayacağı barədə məlumat verilmədi.
Şimali Koreya, lideri Kim Çen In və ailəsinə qarşı xarici tənqidlərə qarşı çox həssasdır. Pxenyan rəhbərliyi, səsgücləndiricilərin sökülməsi ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Cənubi Koreyanın əvvəlki mühafizəkar hökuməti, iyun 2024-də Şimali Koreyanın zibil yüklü şarları Cənuba göndərməsinə cavab olaraq illərdən sonra ilk dəfə səsgücləndirici yayımını yenidən başlatmışdı. Bu yayımlarda təbliğat mesajlarının yanaşı K-pop mahnılarına da yer verilmişdi.
Bu psixoloji müharibə, Şimalın nüvə proqramındakı irəliləyişlər və Cənubun ABŞ ilə hərbi əməkdaşlığını artırmaq cəhdləri ilə birlikdə Koreyalar arasındakı gərginliyi daha da artırmışdı.