Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:11 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 288 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Yaponiya və Cənubi Koreyaya göndərdiyi “tarif məktubları”nda avqustun 1-dən etibarən bu ölkələrdən ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Tramp Cənubi Koreya və Yaponiya üçün tarif məktublarını “Truth Social” media platformasındakı hesabında paylaşıb.
Məktublarda Tramp ABŞ-ın əhəmiyyətli ticarət kəsirlərinə baxmayaraq bu ölkələrlə işləməyə davam edəcəyini, lakin bunun yalnız daha balanslı və ədalətli ticarət əsasında mümkün olacağını bildirib.
Yaponiya və Cənubi Koreya ilə ticarət əlaqələrinin qarşılıqlı olmaqdan uzaq olduğunu müdafiə edən Tramp, “Buna görə də sizi dünyanın bir nömrəli bazarı olan ABŞ-ın fövqəladə iqtisadiyyatına qoşulmağa dəvət edirik”, – deyib.
ABŞ prezidenti Tramp, avqustun 1-dən etibarən Yaponiya və Cənubi Koreyadan ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Tramp qeyd edib ki, yüksək tariflərdən qaçmaq üçün başqa ölkələr vasitəsilə daşınan mallar daha yüksək tariflərlə üzləşəcək.
Tramp, “Lütfən, anlayın ki, 25 faiz sizinlə ölkəmiz arasındakı ticarət kəsiri bərabərsizliyini aradan qaldırmaq üçün lazım olandan çox azdır”, – deyib.
Tramp Yaponiya və ya Cənubi Koreya şirkətlərinin ABŞ-da istehsal etdiyi təqdirdə heç bir rüsumun olmayacağını və bunun üçün təsdiqləmə prosesini də sürətləndirəcəklərinə diqqət çəkib.
Tramp, “Hər hansı bir səbəbdən tariflərinizi artırmağa qərar versəniz, hansı dərəcəni artırmağınızdan asılı olmayaraq, bu dərəcə bizim tətbiq etdiyimiz 25 faizlik tariflərə əlavə olunacaq. Anlayın ki, bu tariflər ABŞ ilə dayanıqlı olmayan ticarət kəsirlərinə səbəb olan tarif və qeyri-tarif siyasətlərini və ticarət maneələrini düzəltmək üçün lazımdır. Bu, milli təhlükəsizliyimiz və hətta milli təhlükəsizliyimiz üçün böyük təhdiddir”.
Qarşıdakı illərdə bu ölkələrlə ticarət tərəfdaşı kimi işləməyi səbirsizliklə gözlədiklərini ifadə edən Tramp, “Əgər siz indiyə qədər bağlı olan ticarət bazarlarınızı ABŞ-a açmaq, tarif və qeyri-tarif siyasətlərinizi və ticarət maneələrini aradan qaldırmaq istəyirsinizsə, bəlkə bu məktuba düzəliş etməyi düşünə bilərik. Ölkənizlə münasibətlərimizdən asılı olaraq bu tariflər yuxarı və ya aşağı dəyişdirilə bilər. ABŞ sizi heç vaxt ruhdan salmayacaq”, – deyib.