vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ASİYA  
“ABŞ-a güvənmirik” 15:28 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 88 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“ABŞ-a güvənmirik”

Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiya və Cənubi Koreya, ABŞ-ın təhlükəsizlik təminatlarına şübhə ilə yanaşdıqları üçün nüvə silahı istehsalını müzakirə edirlər.

“Reuters”in analizinə görə, Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) bəzi siyasətçiləri Vaşinqtonun təhlükəsizlik təminatlarına daha skeptik yanaşmağa başlayıblar.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın gömrük vergisi siyasəti və NATO-ya yönəlmiş tənqidlərinin bu yanaşmanı gücləndirdiyi qeyd olunur.

LDP-li keçmiş müdafiə naziri müavini Rui Matsukava, “Trampı proqnozlaşdırmaq mümkün deyil. Bu bəlkə də onun gücüdür, amma biz hər zaman “B” planını düşünməliyik. Bu da müstəqil olmaq və nüvə silahı əldə etmək deməkdir”, – deyib.

Yaponiya II Dünya müharibəsindən sonra nüvə silahı istehsal etməmək saxlamaq və ölkəyə gətirməmək prinsipini qəbul edib. Tokio hakimiyyəti 1960-cı ildə imzalanmış ABŞ-Yaponiya Təhlükəsizlik Sazişi çərçivəsində Vaşinqtonun “nüvə çətiri” altına daxil olub.

Lakin Çin, Şimali Koreya və Rusiya kimi ölkələrin nüvə gücünə qarşı ictimaiyyət və siyasətdə fərqli səslər yüksəlməyə başlayıb.

Analiz Yaponiyanın texniki olaraq “nüvə həddi”nə yaxınlaşdığını göstərir. 45 ton plutonium, uran zənginləşdirmə qabiliyyəti, inkişaf etmiş raket texnologiyası və kosmik proqramı olan Yaponiya, istəsə bir neçə il ərzində, bəzi ekspertlərə görə isə cəmi 6 ayda nüvə silahı istehsal edə bilər.

Yaponiyada xüsusilə gənc nəsillər arasında ABŞ-ın 1945-ci il avqustun 6-da Hiroşimaya və həmin il avqust 9-da Naqasakiyə atom bombası hücumlarının xatirələrinin getdikcə silindiyi vurğulanır. Buna görə gənclər arasında nüvə çəkindiriciliyinin lazım ola biləcəyi fikri güclənir.

Analizə görə, Yaponiya gündəmində olsa da, nüvə silahı istehsalına dəstək hələ geniş yayılmayıb. Lakin 1953-cü ildə imzalanmış müdafiə sazişi çərçivəsində ABŞ-ın “nüvə çətiri” qoruması altında olan Cənubi Koreyada vəziyyət tam əksinədir.

Tramp hökumətinə güvənsizlik artan ölkədə aparılan sorğulara görə, əhali təxminən 75%-i Cənubi Koreyanın öz nüvə silahlarını istehsal etməsini dəstəkləyir. 2022-ci ildə aparılmış sorğuda isə bu rəqəm təxminən 61% idi.

Mümkün nüvə hücumlarına qarşı ABŞ-ın qoruması altında olan Seul hakimiyyəti 1970-ci illərdə öz silah proqramını dayandırmışdı. ABŞ Şimali Koreyanı nüvə silahı istehsalından çəkindirmək üçün Cənubi Koreyaya yerləşdirdiyi nüvələri isə 1991-ci ildə geri götürmüşdü.

Lakin Vaşinqtonun siyasəti uğurlu olmayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun keçən ilki məlumatına görə, Pxenyanın əlində istifadəyə hazır 50 nüvə başlığı var. Bundan əlavə, ölkənin daha 40 başlıq istehsal etmək üçün kifayət qədər qabiliyyətə sahib olduğu düşünülür.