
Su qiymətinə kirayələnmiş ərazi ...
Yaxud ABŞ qanunlarının keçmədiyi ABŞ həbsxanası
Yaxud ABŞ qanunlarının keçmədiyi ABŞ həbsxanası
Meksika ABŞ-ın siyasətinə Kuba ilə yaxınlaşmaqla reaksiya verib
Bir çox keçmiş dövlət başçıları və tanınmış simalar Bayden məktub yazıb
İtaliya baş nazirindən kəskin etiraz, Türkiyə Boks Federasiyasının diskvalifikasiya ərizəsi rədd edilib
“Hakimlər Ukraynanın tərəfini tutdular”
Döyüş 16 dəqiqə çəkəcək
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Bayden ümumi viziyon yaratmaq üçün cənub qonşuları ilə yenidən əlaqə qurmağı hədəfləyir
Kuba ilə bağlı bir sıra məhdudiyyətlər yumşalır
... yaxud Fidelin sevimli cəlladı və ya pis nazir
«Sovet İttifaqı kapitalizmə yeniləcək»
Məhəmmədrəsul Məcidov 3 qat dünya çempionudur
Cessi Kalzado-Esponda: «Mən bu iki dövləti boşanmış valideynlərim kimi təsəvvür etmişəm»
«Peşəkar boksçu kimi bütün arzularıma çatmışam»
ABŞ prezidenti Rusiyadan sonra İrana qarşı sanksiyaları qüvvədə saxladı
Aldanırıq, yoxsa aldadırıq?
Kubada uzun fasilədən sonra qadın boksçuların rinqə çıxmasına icazə verilib. Kuba Milli İdman İnstitutunun (INDER) vitse-prezidenti Ariel Sayns bazar ertəsi verdiyi açıqlamada, “Kubada qadın boksu bizə beynəlxalq medallar qazandıracaq”, – deyib.
Saynz bildirib ki, yeni düzəlişlə boksda qadınlara qarşı ayrı-seçkiliyə son qoymağı hədəfləyirlər.
Kuba Boks Federasiyasının prezidenti Alberto Puiq “Vaxt itirdik, amma bunun əvəzini çıxacağıq” dedi.
Puç bildirib ki, dekabrın 16-17-də ölkədə qadın boksçuların iştirak edəcəyi turnir keçiriləcək.
Federasiya prezidenti 42 boksçunun mübarizə aparacağı turnirdə seçiləcək 12 döyüşçünün Kuba millisinin heyətində iştirak edəcəyini bildirib.
Puiq əlavə edib ki, qadın boksçulara məşqçilərlə fərdi şəkildə məşq etmək imkanı yaradılacaq.
Gələn il 23 iyun-8 iyul tarixlərində El Salvadorda keçirilməsi planlaşdırılan Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında boksçuların ilk olaraq rinqə çıxacağı bildirilib.
Dəyişikliklə qadın boksçuların 1953-cü ildə başlayıb 1959-cu ildə sona çatan Kuba İnqilabından sonra ilk dəfə olaraq turnirlərdə iştirakına icazə verildi.
Səlahiyyətlilər indiyə qədər qadın boksçuların niyə yarışlarda iştirakının qadağan edilməsi ilə bağlı heç bir açıqlama verməyiblər.
Feliks Savon və Teofilo Stivenson kimi məşhur kişi boksçuların vətəni olan Kuba 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra yarışlarda 41 qızıl medal qazanıb.
31 yaşlı kubalı boksçu Leqnis Kala Masso qərardan məmnun olduğunu bildirib və “Arzularım gerçəkləşdi” deyib.