Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:14 | 28 yanvar 2025 | Çərşənbə axşamı
Məqaləyə 637 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Kuba XVI əsrin əvvəllərindən İspaniya ərazisi sayılırdı. 1898-ci ildə baş verən ABŞ-İspaniya müharibəsindən sonra müstəqil dövlət elan edildi. Bununla belə, ölkə 1902-ci ilə qədər ABŞ işğalı altında qaldı.
ABŞ Konqresinin 1901-ci ildə qəbul etdiyi “Platt dəyişikliyi” qoşunların çıxarılması müqabilində Kubanın üzərinə müəyyən öhdəliklər qoyurdu. Məsələn, maddələrdən biri ABŞ-a “Kubanın müstəqilliyini, fərdlərin həyatını, mülkiyyətini və azadlığını qorumaq üçün” müdaxilə etmək hüququ verirdi (1906-cı ildə vətəndaş müharibəsi başlamaq üzrə olanda ABŞ ölkəni ikinci dəfə işğal etdi və 1909-cu ilin əvvəllərində çıxdı). Yeddinci maddə isə adada ABŞ hərbi-dəniz bazasının yaradılmasını nəzərdə tuturdu.
Amerikalıların təzyiqi nəticəsində Kuba Müəssislər məclisi “Platt dəyişikliyi”ni 4 səs üstünlüklə ölkə konstitusiyasına salmağa razı oldu. 1903-cü ildə imzalanan müqavilə ilə ölkənin cənub-şərq qurtaracağında Quantanamo hərbi bazası yaradıldı. Ərazinin icarəsinə görə Vaşinqton Havanaya hər il 2 min dollar ödəməli idi.
Bazanın sahəsi təxminən 117 kv. kilometrdir. Onun ərazisi sayılan Quantanamo körfəzi quru ərazini iki böyük hissəyə bölür. 1934-cü ildə icarə haqqı 3400 dollara qaldırıldı.
1903-cü il müqaviləsi müddətsizdir. ABŞ buradan yalnız könüllü şəkildə gedə bilər.
1959-cu ildə baş verən inqilabdan sonra Fidel Kastro hökuməti “müqavilənin zorla qəbul etdirildiyi”ni əsas gətirərək amerikalıların adadan çıxmasını istədi. Amma uğursuz oldu. ABŞ 1974-cü ildə icarə haqqını 4085 dollar müəyyən etdi. Kuba hökuməti isə zatən ödənişləri qəbul etmir.
Bazada 2002-ci ildə həbs düşərgəsi yaradılanda Havana icarə şərtlərinin pozulduğunu iddia edərək bir daha bazanın ləğvini istədi, amma Vaşinqton məhəl qoymadı.
Quantanamo həbsxanası dustaqlara qarşı amansız, qəddar rəftarla məşhurdur. Üstəlik, ABŞ ərazisi sayılmadığından burada ABŞ konstitusiyası da işləmir. Xeyli insan heç bir məhkəmə hökmü olmadan illərlə burada saxlanılır. Ümumən 750 nəfərdən çox adamın keçdiyi həbsxanada 2023-cü ilin dekabrında 30 məhbus qalmışdı.