Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:41 | 27 yanvar 2025 | Bazar ertəsi
Məqaləyə 554 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ 2003-cü ildə MER (Mars Exploration Rover) proqramı çərçivəsində Marsa iki maşın göndərəcəkdi. Onlara ad vermək üçün məktəblilər arasında müsabiqə elan edildi. Müsabiqədə Arizona ştatından Sofi Kollis (Sofi Collis) adlı qız qalib gəldi.
Sofi əslində rus idi. Sibirdə anadan olan qızdan valideynləri imtina edib uşaq evinə vermişdilər. İki yaşında amerikalı ailə tərəfindən övladlığa götürülmüşdü.
Müsabiqənin şərtlərinə görə, göndərilən məktublar ən azı 50, ən çoxu 500 söz olmalı idi. Sofinin məktubu ən qısası idi, düz 50 söz vardı: “Mən uşaq evində yaşayırdım. Orada soyuq, qaranlıq və tənhalıq idi. Gecələr işıq saçan səmaya baxırdım və özümü daha yaxşı hiss edirdim. Yuxuda görürdüm ki, orada uça bilərəm. Amerikada bütün arzularımı gerçəkləşdirməm mümkündür. Mənəvi güc və fürsət üçün təşəkkürlər”.
Jüri Sofi Kollisi qalib elan etdi. Avtomobillərdən birinə “Spirit” (Mənəvi Güc), o birinə “Opportunity” (Fürsət) adı qoyuldu.
MER proqramı uğurla həyata keçirildi, hətta gözlənildiyindən də uğurlu. Aparatların hər birinin üç ay işləməsi planlaşdırılırdı. Ancaq missiya qat-qat çox çəkdi. “Spirit” 2004-cü il yanvarın 4-də Marsa endi və 2010-cu il martın 22-ə kimi fəaliyyət göstərdi. 2004-cü il yanvarın 25-də Marsa enən “Opportunity” isə 2018-ci il iyunun 10-da kimi planeti tədqiq etdi.
ABŞ-da 2012-ci ilin dekabrında qəbul edilən “Maqnitski qanunu” Rusiyada hüququn aliliyi prinsipinin və insan hüquqlarının pozulmasına, korrupsiyaya görə məsul olan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tuturdu. Qanunun belə adlanmasının səbəbi yüksək vəzifəli məmurların korrupsiya əməllərini ifşa etmiş auditor Sergey Maqnitskinin döyülmə, pis rəftar və tibbi yardım göstərilməməsi üzündən 2009-cu ildə həbsxanada ölməsi idi.
“Maqnitski qanunu”na cavab olaraq Rusiya Duması dərhal, elə 2012-ci ilin dekabrında qəbul etdiyi qanunla ABŞ vətəndaşlarına rusiyalı uşaqları övladlığa götürməyi qadağan etdi. Bununla ABŞ vətəndaşlarına pislik etdilər, yoxsa acınacaqlı vəziyyətdəki uşaq evlərində yaşayan körpələrə, aydın deyil.