Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:01 | 24 yanvar 2025 | Cümə
Məqaləyə 612 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp birincisi, müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-a daxil olduğunu bildirir, ikincisi Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir. Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq.
Ötən ilin oktyabr ayında Meksika Prezidenti seçilən Klaudiya Şeynbaum də cavab tədbirləri hazırlayıb. “Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib. Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimləri isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesueladan sonra Kubanın ikinci neft təchizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir.
Meksikanın bu siyasəti ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir. Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika Prezidenti Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım Prezident bu sözləri ilə Trampa meydan sulamış olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib.