
Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
“Bitcoin” iyul ayından bəri müəyyən anlarda yuxarı yönlü hərəkətlərlə toparlanmağa çalışsa da, qiymət hərəkəti ümumilikdə eniş meylli düzəliş formasiyasını izləyib. Avqustda 124.400 dollar zirvəsinə çatdıqdan sonra gələn qazanc satışları bu düzəliş prosesini daha da gücləndirdi. Lakin ötən həftə 108.000 dollar ətrafında formalaşan ara dəstək qiymətin daha da geriləməsinin qarşısını aldı və satış təzyiqini məhdudlaşdırdı.
Bu həftə etibarilə “Bitcoin”də yenidən müsbət meylin başladığı müşahidə olunur. Xüsusilə həftənin ortasından etibarən alıcıların qiyməti yuxarı çəkmə cəhdi güc qazandı. 110.000–112.000 dollar intervalında sıxışan qiymət 112.000 dollara doğru hərəkət etdi. Bu səviyyənin bir qədər üstündəki 112.300 dollar zonası xüsusi əhəmiyyət daşıyır; çünki bu, həm izlənən enən kanal formasiyasının orta xəttinə, həm də 3 aylıq eksponensial hərəkətli orta göstəriciyə (EMA) uyğun gəlir.
“Bitcoin”in 112.300 dollar üzərində günlük bağlanışlar etməsi və yeni həftəyə də bu səviyyələrin üzərində başlaması, qısamüddətli toparlanma meylinin güclü şəkildə davamını təmin edə bilər. Belə ssenari “Bitcoin”i qısamüddətli perspektivdə 114.600 dollar səviyyəsindəki ikinci mühüm müqavimət nöqtəsinə daşıya bilər. Bu müqavimətin aşılması halında, iyuldan bəri davam edən düzəliş mərhələsi başa çata bilər.
Əsas dəstək və müqavimət səviyyələri:
Dəstək (dollarla): 112.000, 107.700, 102.000, 82.000 (aşağı yönlü ssenaridə dərin dəstək)
Müqavimət (dollarla): 112.300, 114.600, 115.000–117.000 (həftəlik bağlanış üçün güclü hədd), 119.000 (Fib 1,414), 125.450 (Fibonacci genişlənmə hədəfi)
Xüsusilə 115.000–117.000 dollar intervalında həftəlik bağlanış edilməsi, “Bitcoin”in iyuldan bəri aşa bilmədiyi zonanı keçməsi demək olacaq. Bu da gündəlik qrafikdə izlənən enən kanalın yuxarı qırılması ilə üst-üstə düşərək güclü yüksəliş siqnalı yarada bilər.
Qiymət artımının başlaması üçün nə lazımdır?
Yuxarıda qeyd olunan müqavimətlərin aşılması, bazarın psixoloji hədlərinin qırılması və daha güclü alış impulsunun yaranması baxımından həlledici olacaq. Həftəlik qrafiklərdə hələ də enişi göstərən Stoxastik RSI göstəricisinin yuxarı dönüş siqnalı verməsi və qiymətin 115.000–117.000 dollar aralığında sabitləşməsi, yüksəliş mərhələsinə çevrilməsi üçün mühüm amillərdən biri ola bilər.
Belə ssenaridə, qısamüddətli hədəf olaraq iyul–avqust dövründə test edilmiş 119.000 və 125.000 dollar səviyyələri izlənəcək. Bu zonaların da davamlı şəkildə qırılması halında “Bitcoin”in əvvəlki dövrlərdə olduğu kimi üçpilləli yüksəliş meylinə girərək 180.000–190.000 dollar intervalını hədəf alması mümkün görünür.
Fundamental görünüm: FED-in faiz siyasəti və müstəqilliyi həlledici olacaq
Texniki göstəricilər artan müsbət siqnallar yaratsa da, əsas tərəfdə iqtisadi proseslər istiqaməti müəyyənləşdirir. Xüsusilə makroiqtisadi göstəricilər və FED-in izlədiyi faiz siyasəti kriptobazarlar üzərində birbaşa təsir göstərir. Bu həftə açıqlanan zəif məşğulluq göstəriciləri sentyabrda faiz endirimi gözləntilərini artırdı. Bu gün açıqlanacaq kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricisi isə bazarda qısamüddətli dalğalanmalara səbəb ola bilər.
FED-in faiz trayektoriyasına əlavə olaraq mərkəzi bankın müstəqilliyi ətrafında artan mübahisələr də riskli aktivlərə təzyiq yaradır. Gözlənilən faiz endirimi institusional investor marağını dəstəkləyən müsbət faktor kimi dəyərləndirilsə də, FED-in etibarı ilə bağlı qeyri-müəyyənliklər bu marağı məhdudlaşdıra bilər. Bundan başqa, ABŞ-ın ticarət siyasəti, tarif tətbiqləri və geosiyasi gedişatlar (xüsusilə Rusiya–Ukrayna müharibəsinin gedişi) bazarlarda əlavə risk mənbələri kimi qalır.
Ümumilikdə, “Bitcoin” son düzəliş mərhələsinə baxmayaraq yüksəliş meylini tam itirməyib. Texniki göstəricilərdən bəziləri hələ də zidd siqnallar versə də, qiymətin əsas müqavimətləri inamlı şəkildə aşması halında ilin son rübündə yüksəliş ssenarisinin ön plana çıxdığını görə bilərik. Lakin bu ssenarinin reallaşması həm texniki, həm də fundamental dəstək tələb edir. Qarşıdakı faiz qərarları və qlobal bazar dinamikaları “Bitcoin”in 2025-in son rübündə “yüksəliş mərhələsinə” girib-girməyəcəyini müəyyənləşdirəcək.