
Tramp Putini təhdid etdi
“Qəbul etməsə, nəticələri ağır olacaq”
“Qəbul etməsə, nəticələri ağır olacaq”
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Avropa Birliyi və müttəfiqləri Tramp-Putin görüşünün müzakirəsinə başlayıb
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Avropanın çox sürətlə silahlanması nə vəd edir?
Rusiyanın Ukraynaya yönəlmiş raket və PUA hücumlarında ən azı 6 ölü
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Çin ABŞ gəmisini bölgədən çıxardı
ABŞ haitili quldurbaşının tutulması üçün mükafat təyin etdi
Trampın 175 milyard dollarlıq “Qızıl qübbə”si haqqında ilginc məlumatlar
ABŞ-da məşğulluq məlumatları dayandırıla bilər
Yaxın beş ilə Rusiya daxilində separatizm meylləri güclənəcək
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Lavrov və Rubio telefonla danışıb
ABŞ-da mallar və xidmətlərin orta qiymət dəyişikliyini izləyən göstərici
Tramp Zelenski və Avropa liderləri ilə onlayn görüş keçirəcək
Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsi Avropada narahatlıq artır. Trampın “ərazi mübadiləsi” çıxışı Avropa paytaxtlarında necə qarşılanır? Almaniya kansleri Merz niyə hərəkətə keçdi? Avropa Birliyi Trampa müraciətində hansı mesajları verdi?
Beynəlxalq ictimaiyyətin diqqəti, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin ilə avqustun 15-də keçirilməsi planlaşdırılan Alyaska sammitinə yönəlib.
Tramp dünən Ağ Evdə Putin ilə görüşünə dair açıqlamasında “həddindən artıq gözləntilərdən qaçınmaq” lazım olduğunu bildirib. O, Putin ilə Ukrayna müharibəsini bitirməyə yönəlik razılaşma əldə etməyəcəyini, görüşün isə Putinin mövqeyini öyrənmək üçün bir fürsət olduğunu deyib: “Onun nə planlaşdırdığını və ədalətli bir razılaşma əldə olunub-olunmayacağını görəcəyik”.
Tramp Putinə nə deməyi planlaşdırır?
Ukraynada atəşkəsin təmin olunmasını və hər iki tərəf üçün ən yaxşı razılaşmanın əldə edilməsini istədiyini vurğulayan Tramp Putinə “Bu müharibəni bitirməlisən” deyəcəyini bildirib.
O, görüşdən çıxan nəticəni dərhal Avropa Birliyi və NATO liderlərinə, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim edəcəyini deyib: “Bəlkə də ‘Uğurlar, döyüşməyə davam edin’ deyəcəyəm. Ya da bəlkə ‘Bir razılaşma əldə edə bilərik’ deyəcəyəm”.
Tramp, sammitdən sonra Putin və Zelenskiyin görüşməsini istədiyini bildirib: “Növbəti görüş Zelenski və Putin arasında, yaxud Zelenski, Putin və mənim iştirakımla olacaq. Lazım gələrsə mən də orada olacağam, amma iki lider arasında birbaşa görüş təşkil olunmasını istəyirəm”.
Ukraynaya ərazi güzəşti təzyiqi
Donald Tramp daha əvvəlki açıqlamalarında Ukrayna ilə Rusiya arasında “ərazi mübadiləsi” ideyasını gündəmə gətirmişdi. Zelenski isə münaqişəni bitirmək üçün Rusiyaya ərazi verməkdən imtina etdiyini açıqlamışdı. O, Konstitusiyanı əsas gətirərək 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krım, eləcə də Luqansk, Donetsk, Zaporijya və Xerson vilayətlərini Rusiyaya verməkdən imtina edir.
Dünənki açıqlamasında Tramp, Zelenskiyin bu mövqeyini tənqid edib: “Çünki bir növ ərazi mübadiləsi olacaq”.
Zelenski ilə yaxşı münasibətlərdə olduğunu, lakin ərazi güzəşti etməmə mövqeyinə qatılmadığını deyən Tramp belə əlavə edib: “Bəzi mübadilələr olacaq. Ərazilərdə müəyyən dəyişikliklər olacaq. Sərhədləri, müharibə sərhədlərini dəyişdirəcəyik. Ukrayna üçün bu torpaqların bir hissəsini geri almağa çalışacağıq”.
Sərhəd dəyişiklikləri və kənarlaşdırılma qorxusu Merzi hərəkətə keçirdi
Avropa paytaxtlarında Alyaska sammitinə dair narahatlıq hökm sürür. Almaniya kansleri Fridrix Merz Trampın Ukraynanı və Avropalı müttəfiqlərini kənarda qoyaraq Putin ilə razılığa gəlməsi ehtimalı üzündən təşəbbüs göstərib.
Merz Trampı Zelenski və bir sıra Avropalı müttəfiq ölkə liderlərinin də iştirak edəcəyi videokonfransa dəvət edib. Avropalı liderlər bu toplantıda Alyaska sammitindən öncə Ukrayna mövzusunda ortaq mövqe formalaşdırmağa çalışacaqlar.
Almaniya hökumət sözçüsü Stefan Kornelius bildirib ki, Merz bu görüşə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Vencin, həmçinin Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna dövlət və hökumət başçılarının, Avropa Komissiyası sədri Ursula von der Leyen, Avropa Şurası sədri Antonio Kosta və NATO baş katibi Mark Ruttenin də dəvət olunduğunu açıqlayıb.
Almaniya xarici işlər naziri Yohann Vadepfuhl dünənki açıqlamasında, sülh naminə Ukraynaya ərazi güzəşti tətbiq etməyin düzgün olmadığını vurğulayıb. Trampın müharibəni bitirmə məqsədini dəstəklədiklərini deyən Vadepfuhl, “Zorakılıq sərhədləri dəyişdirməməlidir” ifadəsini işlədib və yaradılacaq sülhün ədalətli və davamlı olmasının vacibliyini bildirib. “Təhlükəsizliyimizi təsir edən məsələlərdə qərarların qəbulunda bizim də iştirakımız vacibdir”, – deyən nazir Avropanın kənarlaşdırılmaması lazım olduğunu vurğulayıb.
AB liderlərindən Trampa kritik çağırış
Artan narahatlıqlar səbəbindən bu gün Avropa İttifaqının 26 üzv ölkəsinin liderləri Ukraynaya dəstək mesajı və Trampa “Avropanın təhlükəsizlik maraqlarını nəzərə alma” çağırışı yer alan birgə bəyanat yayıblar.
Macarıstan istisna olmaqla bütün AB üzvlərinin dövlət və hökumət başçılarının imzaladığı açıqlamada “Ukraynada sülhə gedən yol Ukrayna olmadan müəyyən edilə bilməz” vurğusu edilib.
Bəyanatda “Sabitlik və təhlükəsizliyi təmin edən ədalətli və davamlı sülh, müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin zorla dəyişdirilməzliyi prinsipləri də daxil olmaqla beynəlxalq hüquqa hörmət üzərində qurulmalıdır” ifadəsi yer alıb.
“Ukraynalılar gələcəklərini müəyyən etmək azadlığına sahib olmalıdır” və “diplomatik həll Ukrayna və Avropanın həyati əhəmiyyətli təhlükəsizlik maraqlarını qorumalıdır” mesajı verilib.
AB liderləri Alyaska sammiti öncəsi yayımlanan bu ortaq bəyanatla birlik nümayiş etdirməyi hədəfləyiblər. Lakin Putinin Avropadakı ən yaxın müttəfiqi olan Macarıstanın baş naziri Viktor Orban sənədə imza atmayan yeganə AB lideri olub.