
Tramp Putini təhdid etdi
“Qəbul etməsə, nəticələri ağır olacaq”
“Qəbul etməsə, nəticələri ağır olacaq”
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Avropa Birliyi və müttəfiqləri Tramp-Putin görüşünün müzakirəsinə başlayıb
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Avropanın çox sürətlə silahlanması nə vəd edir?
Tramp-Putin sammiti ərəfəsində Avropa Birliyindən Ukraynaya dəstək
Çin ABŞ gəmisini bölgədən çıxardı
ABŞ haitili quldurbaşının tutulması üçün mükafat təyin etdi
Trampın 175 milyard dollarlıq “Qızıl qübbə”si haqqında ilginc məlumatlar
ABŞ-da məşğulluq məlumatları dayandırıla bilər
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Lavrov və Rubio telefonla danışıb
ABŞ-da mallar və xidmətlərin orta qiymət dəyişikliyini izləyən göstərici
Tramp Zelenski və Avropa liderləri ilə onlayn görüş keçirəcək
Gömrük gəlirləri artsa da illik kəsir 19 faiz yüksəldi
Bugünkü tarixi hadisələr bizi geriyə baxaraq hələ prosesin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin nə dedikləri və bu gün hara gəldiyimiz barədə düşünməyə vadar edir.
Ərazi bütövlüyü bərpa edilməlidir. Prezident İlham Əliyev bütün danışıqlar prosesi boyu bunu bəyan edib. 44 günlük Vətən müharibəsinin nəticəsində bu məqsədə nail olundu. Beşillik dövr ərzində Azərbaycan bütün beynəlxalq ictimaiyyəti bu faktı tanımağa məcbur etdi!
Azərbaycanın suverenliyi bütün ölkə ərazisini əhatə etməlidir. Müharibədən və RSK-nın Qarabağa daxil olmasından sonra Ermənistan Rusiya, Qərb və İranın dəstəyi ilə Bakının nəzarətində olmayan anklav yaratmağa çalışdı. Lakin 2023-cü il sentyabrından sonra “Vardanyan layihəsinə”, Makronun BMT TŞ-dəki cəhdlərinə və Blinkenin vurnuxmalarına baxmayaraq, Azərbaycan öz hədəfinə çatdı.
Ermənistan silahlı qüvvələri Azərbaycanı tərk etməlidir. Prezident İlham Əliyev bunu müharibənin bitməsindən dərhal sonra, RSK-nın Azərbaycanda MÜVAQQƏTİ olaraq yerləşdiyi ərazidə Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının qaldığı zamanı deyirdi. Bu mövzu 22 fevral 2022-ci ildə Rusiya prezidenti ilə birgə mətbuat konfransında xüsusi olaraq vurğulandı. 2023-cü ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycandan qovuldu.
“Cəhənnəmə getdi status!”. Prezident İlham Əliyevin bu ifadəsi aforizmə çevrildi. Lakin bir neçə il ərzində statusu diriltmək cəhdləri davam etdi – ATƏT MQ çərçivəsində təşəbbüslərdən tutmuş Blinkenin “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlı çoxmənalı ifadələrinə və Rusiyanın təqdim etdiyi sülh müqaviləsi layihəsindəki “təxirə salınmış status”a qədər. Nəticədə, “status” mövzusu elə cəhənnəmdə də qaldı!
Danışıqlar ikitərəfli formatda aparılmalıdır. Ötən dövrdə Rusiya, ABŞ və Aİ vasitəçilik etməyi arzulayırdı. Lakin vasitəçilərin erməniyönümlülüyü Azərbaycanın ədalətli və əsaslı mövqeyi ilə neytrallaşdırıldı. Prezident İlham Əliyevin prinsipiallığı Ermənistan rəhbərliyinə 2023-cü il dekabrında ikitərəfli formatı qəbul edərək nəticə əldə etmək və subyektliliyin səviyyəsini yüksəltmək imkanı verdi. Bu gün Vaşinqtondakı görüş və razılaşmalar da ikitərəfli formatın nəticəsidir.
Sülh müqaviləsi: Sülh müqaviləsi ideyası və əsas prinsiplər Azərbaycan tərəfindən irəli sürülüb. Xarici aktorlar tərəfindən manipulyasiya cəhdləri olsa da, nəticədə proses Prezident İlham Əliyevin gündəminə uyğun cərəyan etdi. Ermənistan iki bəndə etirazlarını geri götürdü və mətn razılaşdırıldı. İndi onun təsdiqi gözlənilir.
Azərbaycanın ATƏT MQ-nin ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtləri: Bu gün ATƏT MQ-nin ləğvi prosesi başlayacaq, Ermənistan Konstitusiyasının dəyişdirilməsi isə sülh müqaviləsinin ratifikasiya şərti olacaq!
Sərhədlərin müəyyənləşməsi: Burada da çox maneələr aşıldı. Lakin Azərbaycan müharibəsiz dörd kəndi geri qaytardı. Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ikitərəfli formatda davam edir.
Zəngəzur dəhlizi: Azərbaycan Prezidenti bütün dövr ərzində bu dəhlizin maneəsizliyi və təhlükəsizliyə beynəlxalq nəzarət haqqında danışıb ki, digər bütün marşrutların açılması da məhz bundan asılıdır. Nəticədə, bu gün Ermənistan və ABŞ Zəngəzur dəhlizində xüsusi rejiminin və təhlükəsizlik zəmanətlərinə beynəlxalq iştirakın müəyyən edilməsi məqsədilə əməkdaşlıq prosesinə başlaya bilərlər.
Gördüyümüz kimi, Prezident İlham Əliyevin hər bir məqsədi Ermənistan və dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə qarşılaşıb. Lakin bu müqavimət aradan qaldırılıb. Tonlarla böhtan materiallarına, beynəlxalq təşkilatlarda təşəbbüslərə və birbaşa şantaja baxmayaraq Azərbaycan Prezidenti bütün bu maneələri dəf edib. Bu, milli birliyin formalaşdırılması, Türkiyə ilə koordinasiya və əlbəttə ki, Prezident İlham Əliyevin həlledici rolu sayəsində mümkün olub.
Hər dəfə Ermənistana konstruktiv addımlar üçün şans verilib və yalnız sülh gündəminin qəbul edilməsindən sonra bu gün təsdiqlənəcək nəticələr əldə olunub.