
Pozulan özəllikdən sonra qələbə ...
... Yaxud xırda toxunuşun möcüzəsi
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
Tsunodanın builki performansı çox şişirdilir
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
Monakoda sıralanma turu həmişə yarışdan maraqlı olurdu, amma bu dəfə, deyəsən, tərsinə olacaq. Görək reqlamentdəki yenilik yarışın gedişinə necə təsir edəcək.
Lando Norris səhvi bağışlamayan trasda xəta etmədi, sadəcə maşından maksimumunu aldı və trasın yeni rekordu ilə mövsümdə ikinci poulunu qazandı. Monako kimi trasda poul qələbənin 95 faizi deməkdir, ona görə də sabah yarışda qələbəyə əsas namizəd Norrisdir. Sadəcə yaxşı start almaq və vəziyyətə nəzarət etmək lazımdır.
Şarl Lekler sərbəst yürüşlərdə heç kimə şans verməmişdi və sıralanmada əsas favorit idi, amma əsas mübarizəyə gələndə uduzdu, lakin ümumən pis olmadı. O da maşından maksimumu aldı, iki “McLaren” sürücüsünü ayıra bildi. Amma sabah yarışda qələbə üçün ciddi çalışmalı olacaq, elə komandanın strateqləri də rəqib komandadan həmkarları ilə oynamalıdırlar. Qələbə şansı var, amma ya startda irəli çıxmalıdır, ya da pit-stopda.
Oskar Piastri yenə komanda yoldaşından zəif çıxış elədi, amma ənənəvi olaraq yarışda güclü ola bilər. Əgər startda Lekleri keçə bilsə, pit-stoplarda fərqlənə bilər.
İstənilən halda, sabah arxadan start alan sürücülər erkən pit-stoplarla ciddi oynaya bilərlər, ona görə də hər şey tam dəyişə bilər. Necə deyərlər, bura Monakodur...
Bizi isə sabah maraqlı start və iki pit-stoplu yarış gözləyir...