
Yeni qanadların tempi
Oskar maşından maksimumu ala bildi
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Maraqsız yarış demək də olmur, çünki nəinki podium, nəinki ilk onluq, hətta peletonda hər bir yer uğrunda mübarizə finişə qədər davam elədi, amma...
Amma peletonda bir sürücü heç bir mübarizə görmədi, bir dövrə belə rəqiblərinə şans vermədi – Oskar Piastri mövsümdə ikinci qələbəni qazanan ilk sürücü oldu. “McLaren”in avstraliyalı sürücüsü karyerasında ilk het-trikinə imza atdı. Karyerasında ikinci poulunu dördüncü qələbəyə çevirdi. Düzdür, bu qələbə sayəsində Oskar çempionatda liderliyi ələ almasa da, məncə, titul uğurunda mübarizədə qətiyyətini göstərdi...
Corc Rassell dünən sıralanma turunda qazandığı ikinciliyi stüardların cəriməsinə görə itirsə də, elə startdaca status-kvonu bərpa etdi. Bütün yarış boyu vəziyyətə nəzarət etsə də, son dövrələrdə maşında hər cür problem meydana gəlmişdi - hətta radio düyməsinə basdıqda DRS də açılmışdı, sükan düzgün işləmirdi, ötürmələr yaxşı keçmirdi, bütün bunlara baxmayaraq, arxasında sürətli maşını saxlamağı bacardı.
Lando Norris isə dünən sıralanma turunda verdiyi səhvdən sonra bu gün finişdə komanda yoldaşının arxasında olmağa çox çalışdı. Amma startda etdiyi xəta, ona görə çox yüngül cəza, sürətli maşınla hər iki “Ferrari”yə qarşı gözəl təkər-təkərə mübarizə maksimum üçüncü yeri qazanmağa imkan verdi. Landonun çempionatda liderliyi davam edir, amma Ciddədə vəziyyət dəyişə bilər...
Digər sürücülərdən Pyer Qaslini xüsusi qeyd etmək lazımdır. Eləcə də, yeni komandasında ilk xalını qazanan Yuki Tsunoda və hər iki Haas sürücüsü hər cür tərifə layiqdirlər.
Əslində “Ferrari”ni də tərifləmək lazımdır, əla strategiya düşünmüşdülər, təəssüf ki, Təhlükəsizlik Maşını (oxu “Ferrari”nin keçmiş sürücüsü Karlos Sayns) gözəl planı alt-üst etdi. Amma yenə də Lyuis Hamiltonun yüksəlişi və ötmələri əla idi.
Bizi isə bir neçə gündən sonra Ciddədə gözəl mübarizənin davamı gözləyir - çempionatda ilk dörd sürücü cəmi 14 xal içindədir!