vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 5 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DİGƏR NÖVLƏR  
Ata olmaq Maksa düşmədi 09:27 | 5 may 2025 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ata olmaq Maksa düşmədi

Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayamidə ikiüzlü yarış izlədik. “Bəxt üzüyü” filmində deyildiyi kimi, yarışın əvvəli gülməli, axırı ağlamalı oldu. Startdan sonra Maks Verstappen iki “McLaren”ə pilotuna qarşı amansız mübarizə apardı. Yarışa gözəllik qatdı. Amma pitlərdən sonra demək olar çox darıxdırıcı yarış izlədik.

Başlayaq “McLaren”dən – Fikir verin – sprint həftəsonlarında necə sürətli olurlar. Bu da “McLaren”in sazlanma aralığının çox geniş olduğunu göstərir. Az sərbəst yürüşlə rahat sazlanma tapa bilirlər. Ötmə edəndə də çox rahatdırlar. Türbülansdan çox təsir görmürlər. Hava kisəsinə girdilər, rahatlıqla “slip-strim” edib gedirlər. Çindəki sprintdən sonra da belə rahat fərq atmışdılar. Piastri fanatlarını təbrik edirəm. 6 yarışa 4 qələbə mükəmməldir. Keçən il Avropada ən çox xal yığan pilot idi. Bu il də bunu etsə, bəlkə də Azərbaycanda çempionluğu təmin edər.

Həftəsonunun ən bəxtsizi isə Maks Verstappen oldu. Deyəsən ata olmaq ona düşmədi. Əvvəlcə komandanın səhvindən sprintdə 5 xalından oldu. Sonra özünə gəlib poul qazandı. Bu dəfə də virtual təhlükəsizlik maşını onu podiumdan etdi. Amma özündə də günah var. Aqressiv formada müdafiə olunub, təkərləri öldürməsə, “Mercedes” pilotları ona yaxınlaşa bilməzdi. Amma “Red Bull” “McLaren”dən fərqli olaraq türbülansdan çox təsirlənir. Bunu Bəhreyndə də, Rassellə dünənki mübarizədə də gördük. Bolidin sazlanma aralığı doğrudan da çox dardır. Çünki normal həftə sonu olmayanda Maks çox çətinlik çəkir. Çində də belə oldu, burada da.

“Ferrari”yə gəldikdə isə fikir verdim, sprint həftəsonlarında Hamilton Leklerə daha yaxın olur. Burada təcrübə öz sözünü deyir. Maşına tez öyrəşir və hər şeyə tez reaksiya verir. Amma dünən az qala son döngədə Saynsla birlikdə mübarizəni dayandıracaqdı. İkisi də yaxşı qurtardı. Bir də Leklerlə Hamiltonun Saynsı eyni anda keçməsi  əfsanəvi an idi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)