
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Dünən və keçən həftə “Silverstoun”da “Ferrari”lər diqqət mərkəzində idilər. Ümumilikdə iki yarışdır komanda bu iki pilotu bir-birinə düşmən edir. Keçən həftə Çarls Lekler yer istəyir, amma bu biri tərəfdən Karlos Saynsa tempini artır, Lekleri də buraxma deyirlər. Bu nədir indi? Birinə hücum elə keç onu deyirlər, o birinə müdafiə olun deyirlər. Gərək bir yarışda bir-birlərinə girsinlər?
Dünən də Leklerə təkər qoru deyilir, Saynsa hücum elə deyilir. Yaxşı, qarajlar bir-birlərilə mübarizədədir deyək. Bəs bu komandanın baş strateqi, yarış direktoru, trasüstü əməliyyatçısı hara baxır? “Ferrari” bu gedişlə 20 il də çempion ola bilməz. 2017 və 2018-ci ildə maşın güclü olanda Binotto və Arrivabene rəhbər olmaq üstündə dava etdilər. Komandanın dinamikasını pozdular. Bu il də güclü maşınları var və indi iki qaraj bir-birinə belə düşmənçilik edir. İki qaraj rəqabət apara bilər. Amma nə vaxt? 1988-1989 tərzi “McLaren”dirsə. Ya da 2014-2016 tərzi “Mercedes”dirsə. Yoxsa sənin maşının yarışa görə 1-ci ya da 2-ci sürətli maşındırsa, bu olmamalıdır.