
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Sıralanma turu möhtəşəm keçdi. Sıralanma turunda Lekleri üçlükdə gözləyirdim. Çıxdığım radio verilişində də bunu proqnozlaşdırmışdım. Amma məni təəccübləndirən Rassell və “Mercedes” oldu. Əvvəllər belə isti traslarda həmişə çətinlik çəkirdilər, amma artıq o problemi də yavaş-yavaş düzəldirlər. Əgər bu tempdə getsələr, çempionluq uğrunda əsas namizədlərdən olacaqlar.
Piastri özünü sıralanma turunda çox təkmilləşdirib. “McLaren” imkan versə, bu il çempion ola bilər.
“Ferrari”də isə Leklermi çox güclüdür, yoxsa Hamiltonmu tükənib bilmirəm. Lekler yeddiqat Dünya Çempionu Hamiltona 0.6 saniyə fərq atdı. Yəni zarafat fərq deyil. Özü də Hamilton səhv edib də deyə bilmirəm. Bütün sessiya boyu Lekler 0.3-0.5 saniyə üstün idi. Amma Lekler burada Tanrı səviyyəsində yarışır. 2019 yarışını xatırlamaq bəs edər.
Lando Norris isə Verstappenin problem yaşadığı sıralanma turunda 6-cı ola bildi. Ən güclü maşını sürür, amma bütün günü ağlayır. Ay zəifdir, ay sürə bilmirəm. Britaniyalı olmasa, yəqin ki, “Formula 1”də olmazdı.
Günün qəhrəmanı Karlos Sayns və Pyer Qaslidir. Sayns axır ki, Albonu qabaqladı və əla sıralanma keçirdi. Bəhreyndə test etdiyi üçün idi bəlkə. Ümid edirəm belə davam edər.
Sıralanma turunun digər maraqlı anı iki “Red Bull”un son sessiya görməsi idi. Məncə, Bakı halqasından sonra belə hal yaşanmırdı.
Sabah Norris və Verstappen yan-yana. Startda 3 fərqli komandadan pilotlar ən öndə. Maraqlı start olacaq.