
“McLaren” hər iki iddialıdır
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Bu gün Jul Byankinin ölümündən 7 il keçir. Düzdür, potensiallı pilot idi, amma indi yaşasa karyerası hansı yöndə olardı, demək olmur. Bəlkə də, Dünya Çempionu olardı, bəlkə, Hülkenberq və Verlyayn kimi xəyal qırıqlığı olardı. Amma potensiallı və aqressiv pilot idi.
“Facebook” və “İnstaqram”da bəzi adamlar onun ölüm səbəbini soruşdu və mən də yazmağa qərar verdim. Deməli, Byankinin qəzası 04.10.2014-cü ildə (Yaponiya yarışında) olmuşdu. Qəzanın səbəbləri isə 2 aya qədər araşdırıldı. 2014-cü ilin dekabrında FİA 396 səhifəlik bir izahat yayımladı. Onların hamısını bura yaza bilmərik. Amma əsas hissələrini qeyd edəcəyəm.
Deməli, yağışda keçən Yaponiya yarışında əvvəlcə Adrian Sutil qəza edir. Sutilin bolidini yığışdırmaq üçün təxliyə maşını trasa girir. Bu anda trasda sarı bayraqlar sallanır. Yəni sürücülər sürəti azaltmalıdırlar. Sürücülər sürəti azaldırlar, amma yetərincə azaltmırlar. Məsələn, saatda 80-lə getməlidilərsə, 120-130 km/saatla gedirlər. Eynilə Byanki də. Bu anda qəza olan döngədə Byanki maşının idarəetməsini itirir və təxliyə maşınına doğru gəlir. Bolid idarəetməni itirib deyə sükanla müdaxilə çətinləşir. Byanki də məcbur olur qazla əyləci eyni anda basır. Onların ikisini bir yerdə basanda motorun gücü (“FailSafe”) kəsilir. Amma “Marussia”nın bolidində o sistem işə keçmir. İşə keçməmə səbəbi isə “Marussia”nın fərqli əyləc sistemi istifadə etməsi idi. Bu əyləc sistemi də “FailSafe” ilə işləmirdi. Ümumilikdə FİA bu sistemi necə yoxlayıb, necə icazə verib anlamıram. O da ayrı məsələdir. Nəticədə Byanki saatda 72 mil-saatla təxliyə maşınının altına girir. İş orasıdır o “FailSafe” işləsə, Byankinin maşını dayanırdımı? O da bilinmir. Çünki belə hallarda çox vaxt sürücü boliddə sərnişindən fərqlənmir.
Yəni, indi dalınca danışmaq istəməsək də, günah əsasən Byanki özündə idi. Onsuz da o yarışda trasın vəziyyəti bərbad idi. Sarı bayraqda və yaş trasda yüksək sürət nəyə lazım idi? FİA ondan sonra “Virtual Safety Car” rejimini gətirdi. Trasda elə hallar olanda o rejim avtomatik işə düşür və hamı məcbur bolidi o rejimə keçirir.
İndi yaşasa, bəlkə Şarl Leklerlə komanda yoldaşı idilər. Bu arada Leklerin indi yarışmasında Byankinin böyük əməkləri olub.