
Qüsursuz “McLaren”
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
... Yaxud boksda açar götürüb mühəndislərə kömək edən pilot
“McLaren” rəqiblər üçün əlçatmaz idi
Norris yarışı qazansa da səhvləri var idi
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
“Ferrari” heç kimi öz yerində işlətmir
... və mövsümün ən darıxdırıcı yarışı
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...
Sabahkı finiş maraqlı olacaq
Verstappen problemini həll edir
... Şumaxerin yerinə Hülkenberq
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
“Ferrari” sabahkı yarışa ilk cərgədən başlayacaq. Komanda 2019-cu ildə Meksikadakı qran-pridən sonra ilk dəfədir tam heyətlə birinci cərgədən start alacaq. Əla başlanğıcdır, amma trayektoriyadan kənar hissədə asfaltla ilişmə zəifdir və bu da Saynsın startına ona problem yarada bilər. Yenə də Ferrari üçün əla nəticədir. Xüsusən də, İmolada çox çətin keçən yarışdan sonra.
“Red Bull”a gəldikdə isə Maks, bəlkə də, poulu əldən verdi. Komanda indiyə kimi isti olan iki trasda problem yaşayıb və yarışı bitirə bilməyib. Mayami də istidir. Sabah da mübarizəni dayandırarlar? Görəcəyik.
“Mercedes” dünən güclü görünürdü, amma bu gün yenə bacarmadılar. Hamilton bu cür çətin şəraitdə Rasseli qabaqladı və boş yerə yeddiqat DÇ olmadığını göstərdi. İmolada zəif çıxış eləmişdi, amma hər pilotun zəif yarışı ola bilər.
Günün bəxtsizi yenə Alonso idi. Sürətli dövrəsində Sayns ona mane oldu. Ümumilikdə ilk dördlük “Q2”nin sonunda niyə trasa çıxır? Onsuz da “Q3” “cibinizdədir”. Niyə trasa çıxıb trafik artırırsınız?
Daniel Rikkardoya gəldikdə isə... Məncə, artıq bitirməlidir. Ya da “McLAren”dən getməlidir. Əyləcin bəhanəsi bu qədər olmaz. Ya “F1”dən getsin ya da “McLArendən”.
Günün adamı Valtteri Bottasdır. Adam “Mercedes”ə yerini necə lazımdır göstərir. Çünki pilotun haqqı neçə illər orada boş yerə xərcləndi. Valtteri “Alfa Romeo”da öz savaşçı ruhunu yenidən qazanıb.
Qeyd: “Formula 1”in pilotların bazar günü keçirilən Qran-pridəki yerləşmə sıralanması üçün şənbə günləri günü 3 hissədən (“Q1”, “Q2” və “Q3”) ibarət kvalifikasiya yarışı keçirilir. “Q1” 18 dəqiqə çəkir. 7 dəqiqə fasilədən sonra 15 dəqiqə sürən “Q2” gəlir. 8 dəqiqəlik fasilədən sonra isə sonuncu 12 dəqiqə davam edən “Q3” hissəsi gəlir. Kvalifikasiyanın hər hissəsində ən sürətli dövrə qeydə alınır. Sürücülər bu 3 hissə ərzində istədikləri qədər dövrə vura bilərlər.