
“Honda” qayıdır
Necə və kiminlə?
Necə və kiminlə?
... Şumaxerin yerinə Hülkenberq
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
... Yaxud 140 yarışda ilk hadisə
Verstappen pilotaj anlayışını başqa səviyyəyə daşıyıb
“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib
Alman markası öz qazdığı quyuya düşdü
Ferstappen və Sayns gözəl tamaşa göstərdi
Ağılsızı isə Rasselldir
Budəfəki yarışda tamaşaçılar üçün bulvar boyu tribunalar quraşdırılmışdı
Hamiltonun qələbəsi Şumaxerdən daha çoxdur
Sürət peşəkarları Qız qalasının başına 51 dəfə dolanacaqlar
Növbəti dəfə qəhrəman olacaq, yoxsa axmaq?
Ferstappen fürsətdən yararlanacaqmı?
Komanda əmri qalibiyyətə duz qatdı
25 il əvvəl “Formula-1”də yaşananlar
Belə, “Formula-1”də daha bir mövsümü yekinlaşdırdıq. Nəinki, mövsümün, hətta bir eranın sonuna gəlirik. Dörd dəfə çempion olmuş Vettel “Formula-1”dən gedir.
Az şey deyil. Sebastyan Vettel 4 titul qazandı və hamısında ən gənc statusu onda idi. Ən gənc çempion, ən gənc 2, 3, 4 qat çempion. Bu rekordu Verstappen təkrarlaya bilərdi, amma bacarmadı. Bundan sonra da uzun illər, bəlkə də heç vaxt bacarmayacaqlar. Vettel ardıcıl 9 yarış qazandı. O rekordu çox güclü maşınlarla nə Hamilton təkrarlaya bildi, nə də Verstappen… Nə də zamanında Mixael Şumaxer bacarmışdı. Nə də o vaxtlar 3-4 saniyə üstün maşınla yarışan Senna. Yəni bu sıradan bir pilotun gedişi deyil. 73 illik tarixi olan idman növünün bir parçasının gedişidir. Buna görə də, bugünkü Abu Dabi yarışı xüsusi olacaq. Onu son dəfə izləyəcəyik. Bəlkə, bir gün qayıdar, amma indiki zəifləmiş halı belə Peletonun yarısından qat-qat üstündür. Bu gün hamımız onun podiuma çıxmasını arzulayacayıq.
Digər tərəfdə isə Daniel Rikkardo var. 2020-ci ildə kimsə desəydi ki, o 2022-ci ildə sıralanma turunda komanda yoldaşına 20-2 uduzub idmandan gedəcək, gülərdik. Amma olanda olur. O da qayıdacaq.
Ancaq adamı ən çox məyus edən Latifinin gedişidir. O cür pilot necə gedə bilər axı. Lekler, Verstappen, Sainz və Rassell kimi pilotlar qalır, amma Latifi gedir. Bu idmanın ədalətsizliyidir.