
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Əvvəlcə bütün “Red Bull” fanlarını təbrik edirəm. Perez əla yarışdı? Yox. Sadəcə taktika ona kömək etdi.
Karlos Sayns ən ağıllı addımı atdı. Komanda pitə çağırdı və getmədi. Öz strategiyasını qurdu. Birbaşa quru təkərlərə keçdi. Kaş “Ferrari” bu addımı Leklerlə də atardı. Amma olsun. Belə səhvə nəsə demək olmaz. 2016-cı ildə “Red Bull” da Rikkardo ilə bunabənzər səhv etmişdi. Amma səhv məncə, quru təkərə tez keçmək idi. Quru təkərə “Red Bull”dan sonra keçmək lazımd idi. Onda Sayns lider qalacaqdı. Çünki quru təkərlər gec qızdı.
“Ferrari” qırmızı bayraqdan sonra Medium təkərə keçmədiyi üçün tənqid oluna bilər. Ancaq fərqi yox idi. Lap Soft da götürsələr, fərq etməyəcəkdi. Arxa tərəfdə “Mercedes” Alpindən bir dövrətə 1.5 saniyə sürətli idi. Ancaq Hamilton Alonsonu keçə bilmədi, çünki ötmə mümkün deyil. Buna görə “Ferrari”nin restartda hardda qalma stratetiyası qınanmamalıdır.
Bu yarışı “Ferrari” üçün kiçik qəza adlandırıram. Ən azından maşında temp var. Bu da bir şeydir. Bir də Maks Ferstappenə cəza gəlməlidir. Çünki xətti tapdalamışdı. Görək.
Bir də, bu Monakonu təqvimdən rədd edin! 1-2 dəfə yuxuladım. Çox mənasız trasdır. Brilyant qaş, yox bir paxlava üzük.
Növbədə “Formula1”in əsl Brilyant qaşı olan Azərbaycan Qran Prisidir. Artıq yarış astanasına girmişik. Təxminən 10 gündən sonra yarış həftəsonu başlayacaq. Bakıda növbəti dəfə dillərə dastan bir yarış olacaqmı? Görəcəyik. İndi isə – hazırsınızmı?