Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:43 | 30 may 2022 | Bazar ertəsi
Məqaləyə 1578 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ prezidenti Co Baydenin son Asiya turnesi – Cənubi Koreyaya və Yaponiyaya səfəri 3 mövzu ətrafında fokuslaşmışdı: Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qarşı bölgə ölkələrinin birliyini möhkəmləndirmək, Şimali Koreyanın nüvə hədəsinin qarşının alınmasını təmin etmək və Çinin bölgədə artan hərbi gücünü cilovlamaq, o cümlədən Tayvan adasının Pekinin nəzarətinə keçməsini önləmək. Baydenin Tokioda keçirdiyi dördlü sammit (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) də Çinin bölgədə artan hərbi gücünün neytrallaşdırılması yollarının müzakirəsinə həsr olunmuşdu.
Aydındır ki, hadisələrin bu istiqamətdə gedişatı Pekini narahat etməyə bilməz. Çin lideri Si Cinpin Asiya və Sakit okean bölgəsi ölkələrinə müraciət edərək bu dövlətlərin bölgədəki sülhə məsuliyyət daşıdıqlarını bildirib. Si Cinpin yazılı müraciətini ölkəsi də daxil olmaqla bölgənin ada ölkələrinin xarici işlər nazirlərinin ikinci zirvə görüşünə göndərib. “Bölgədə sülhüm təmin olunması ümumi vəzifəmizdir” deyən Çin lideri ölkəsinin əsas strateji hədəflərindən birinin Asiya və Sakit okean ölkələri ilə tərəfdaşlığı genişləndirmək olduğunu və bunun qarşılıqlı hörmətə dayandığını ifadə edib. Si Cinpin deyib ki, Çin bərabırhüquqlu tərəfdaşlıq ideyasını müdafiə edərkən ölkələrin böyüklüyünü və kiçikliyini əsas götürmür: “Çin ada dövlətlərinin əsas dostudur”.
Beləliklə, Pekin ABŞ-Yaponiya-Hindistan-Avstraliya formatına qarşı özünün tərəfdaş qrupunu formalaşdırmaq istəyir. Pekinin ümidi kiçik ada dövlətlərinədir. Məhz buna görə Si Cinpin məktubunda “kiçik ada dövlətləri” terminini işlədib. Çünki Asiya və Sakit okean bögləsinin böyük dövlətləri Çinlə münasibətlərdə ehtiyatlı mövqe nümayiş etdirirlər. Böyük dövlətlərdən fərqli olaraq bölgənin kiçik ada dövlətlərinin yatırımlara ehtiyacları var. Həmin yatırımları isə Çin təklif edib. Ancaq Pekin yatırımla yanaşı kiçik ada dövlətlərinə hərbi əməkdaşlıq da təklif edib, bunun ardınca isə həmin dövlətlərdə Çinin hərbi bazalarının yaradılması mövzusu aktuallaşıb. Bölgənin böyük dövlətlərini qorxudan da budur.
Pekin Avropa istiqamətində də fəallığı azaltmayıb. Çin lideri fransalı həmkarı Emmanuel Makronla son telefon söhbəti zamanı Avropanı öz təhlükəsizliyinə cavabdeh olması gərəkliyini bildirib. Pekin bununla Kremlin siyasətini təkrarlayıb. Rusiya prezidenti Vladimir Putin o fikirdədir ki, Avropa ABŞ-ın nəzarəti altındadır və Vaşinqtonun təlimatlaryıla hərəkət edir. Si Cinpin Putinin dediyini təkrarlayıb.