vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DİGƏR NÖVLƏR  
Qırmızıların yoxa çıxdığı yarışda ... 21:52 | 17 may 2025 | Şənbə Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırmızıların yoxa çıxdığı yarışda ...

... Sarı təkərlərlə ideala yaxın dövrə

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliya matəm içindədir. Çempionatda yeganə sürücüləri və ilahlaşdırdıqları komandanın heç bir sürücüsü bu gün İmolada sıralanma turunda ilk onluğa düşə bilmədi. Biz isə yenə də poul uğrunda gərgin mübarizə gördük.

Oskar Piastri mövsümdə və karyerasında 3-cü pouluna sevindi. Sessiyadan dərhal sonra özü də dedi ki, son döngələrdəki səhvinə görə poul gözləmirdi, amma bilmirdi ki, rəqibləri ondan da ciddi səhvlər ediblər. Sabah ötmələrin həddən ziyadə çətin olduğu bir trasda qələbəyə də əsas namizəd Oskar olacaq – Sennadan sonra komandaya ardıcıl 4 qələbə gətirən sürücünü görəcəyikmi?

Maks Verstappen ikinci sektorda səhvə yol verməsəydi, qazandığı poulla “Red Bull”da ən çox bu uğura sevinmiş Sebastyan Fettelə çatardı, amma alınmadı, bir qədər təxirə saldı. RB21 yeniliklərdən sonra elə də pis deyildi, qarşıdakı yarışlarda daha güclü ola bilər. Sabahkı yarışda isə yeniliklərin yarış tempini görəcəyik, əgər startda 1-ci döngəyədək Oskarı qabaqlaya bilsə, onu arxasında saxlaya biləcək, əks halda...

Corc Rassell son cəhdində hamını təəccübləndirdi – sarı təkərlərlə ideala yaxın dövrə vurdu, səhvə yol vermədi. İlk sektorda təkərləri daha yaxşı qızdırsaydı, daha yaxşı nəticəyə də ümid etmək olardı. Təəssüf ki, Corcun qələbə və podium şansı ancaq startdan asılıdır, ya da hansısa bir kənar müdaxilədən.

Maraqlıdır ki, son sessiyaya yalnız “McLaren”, “Williams” və “Aston Martin” tam heyətlə keçmişdi. Adamda elə təəssürat var idi ki, 20-30 il əvvəlki mübarizəyə qayıtmışıq, ənənəvi olaraq qırmızı maşınlar da ortalıqda yox idi.

Bizi isə sabah maraqlı start və yarış gözləyir, ən azı ümid edirəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)