
Lekornu baş nazir oldu
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Avropada öncə payız, sonra təkrar yay havası olacaq
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Fransanın ən ucuz kababçısı bağlandı
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
20 vilayətdə dövlət qurumları bağlanır
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Milanda asfalt əriyib
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
Fransada gözlənilən isti dalğası rəsmi olaraq başladı. 14 şöbə narıncı həyəcan vəziyyətindədir, temperatur 40 dərəcəyə çatır. Həftə sonu daha da genişlənməsi gözlənilən isti hava dalğası yanğın riskini artırır və şagirdlər məktəblərdə çətinlik çəkirlər. Hakimiyyət ictimaiyyəti diqqətli olmağa çağırır.
Fransa bu həftə sonu yeni rekord istilik dalğasına hazırlaşır. “Météo France”, cənubda başlayan istilik dalğasının şimala doğru yayılacağını və bazar günü 53 departamentin narıncı həyəcan vəziyyətində ola biləcəyini açıqladı. Xüsusilə Aralıq dənizi sahillərində temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
Dünəndən etibarən Buş-du-Ron (Bouches-du-Rhône), Qard, Hera (Herault) və Şərqi Pireneya adaları (Pyrenees-Orientales) bölgələri həyəcan vəziyyətindədir. Bu gün siyahıya Od (Aude), Voklüz (Vaucluse), Var, Dənizkənarı Alplar (Alpes-Maritimes) və Yuxarı Korsika (Haute-Corse) daxil olmaqla 10 yeni departament əlavə edilib.
Günorta saatlarına kimi havanın temperaturu 34-38 dərəcəyə, bəzi yerlərdə 40 dərəcəyə çatıb.
***
Antisiklon effekti ilə əmələ gələn “istilik qübbəsi” ölkədəki isti havanı tutur. Bu vəziyyət təkcə gündüz deyil, gecə də temperaturu artırır. Bəzi rayonlarda gecə saatlarında temperaturun 26 dərəcəni keçəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, bu, həm yanğın riskini, həm də sağlamlıq riskini artırır.
Səhiyyə Nazirliyi saat 8:00-dan etibarən qaynar xətti aktivləşdirsə də, yerli hökumətlər də ehtiyat tədbirlərini artırır. Marseldə bələdiyyə hovuzları pulsuz olaraq ictimaiyyətə açılıb və kondisionerli ərazilərin siyahısı dərc edildi. Siyahı yüzlərlə məktəblərə və qocalara paylanıb.
***
Xüsusilə köhnə binalarda təhsil alan tələbələr isti havalardan təsirlənir. Müəllimlər və valideynlər bildirirlər ki, məktəblərdə kondisioner və ya lazımi səviyyədə havalandırma yoxdur. FCPE Valideynlər Assosiasiyası təhsil nazirini təcili tədbirlər görməyə çağırıb.
“Meteo-Fransa” rəsmiləri ölkə daxilində temperaturun mövsümi normalardan 12-15 dərəcə yuxarı qalxa biləcəyini və bəzi bölgələrdə hətta minimum temperaturun rekordları qıra biləcəyini vurğulayırlar. Mütəxəssislər bu dalğanın ən azı çərşənbə axşamına qədər davam edəcəyini bildirsələr də, onun dəqiq nə vaxt bitəcəyi hələlik bəlli deyil.
Fransa 1947-ci ildən bəri 50-ci isti dalğasını yaşadığı bir vaxtda mütəxəssislər vətəndaşlara bol su içmək, kölgədə qalmaq və xüsusilə yaşlıları və uşaqları qorumaq barədə xəbərdarlıq edir. Sərin ərazilər bu həftə sonu xilasedici olacaq!