vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ASİYA  
Dörd ildə üç üsyan 21:22 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd ildə üç üsyan

Nepal, Banqladeş və Şri Lankada xalq liderləri devirdi

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Son dörd ildə Cənubi Asiyanı sarsıdan üç böyük xalq hərəkatı, üç ölkədə liderlərin istefasına səbəb oldu. 2022-ci ildə Şri Lankada başlayan qəzəb dalğası prezidentin devrilməsinə gətirib çıxardı. İki il sonra Banqladeşdə kütləvi etirazlar hökuməti devirdi. Bu həftə isə Nepalda qəzəb partladı. Baş nazir bir gün içində istefa verməyə məcbur oldu.

Hər üç etiraz “qığılcımla” başlasa da, nəticədə hakimiyyətə və köklü siyasi elitalara qarşı genişmiqyaslı etiraz dalğasına çevrildi. Ortaq məqam yolsuzluq, iqtisadi bərabərsizlik və idarədən ümidi kəsən xalqın qəzəbi oldu.

 

Nepalda qəzəbin hədəfi siyasi elita

 

Nepalda sentyabrın 8-də günü gənclərin təşəbbüsü ilə başlayan etirazlar, hökumətin sosial media platformalarını qadağan etməsi ilə alovlandı. Xalq siyasi liderlərin uşaqlarının lüks həyat tərzinə qəzəblənərkən, geniş kütlələr işsizlik, iqtisadi problemlər və yolsuzluqla mübarizə aparırdı.

Hadisələrdə ən azı 19 nəfər həlak oldu. Etirazçılar parlament binasını, prezident iqamətgahını və bəzi nazirlərin evlərini yandırdı. Təzyiqlərə tab gətirə bilməyən Baş nazir Kadqa Prasad Oli sosial media qadağasını geri çəkdi və istefasını açıqladı. Lakin yeni hökumət qurulana qədər vəzifəsini davam etdirəcək.

Nepalda 2015-ci ildə qüvvəyə minən yeni konstitusiyadan sonra baş nazirlik postu tez-tez dəyişir. 2006-cı ildə monarxiyanın sona çatmasından bəri siyasi sabitlik xronikləşib.

 

Banqladeş və Şri Lanka təcrübəsi

 

Banqladeşdə ötən il iyul ayında tələbələrin təşəbbüsü ilə başlayan etirazlar, dövlət xidmətlərində liyakət prinsiplərinə əsaslanan iş imkanlarının məhdudlaşdırılmasına etiraz olaraq başladı. Güclənən nümayişlər yüzlərlə insanın ölümünə səbəb oldu və Baş nazir Şeyx Hasina ölkəni tərk etdi. Yerinə Nobel mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi keçici hökumət gətirildi. Lakin bir il sonra ölkə hələ də siyasi xaos və zorakılıqla mübarizə aparır.

Şri Lankada isə 2022-ci ildə Rajapaksa ailəsinə qarşı kütləvi etirazlar hakimiyyəti devirdi. Daha sonra Marksist düşüncəli siyasətçi Anura Kumara Dissanayake prezident seçildi. Korrupsiya ilə mübarizə və həyat səviyyəsinin yaxşılaşdırılması vədi verdi. Lakin bir il ərzində ölkədə iqtisadi böhran, borc problemləri və insan hüquqları məsələləri davam etdi.

 

Regional sabitlik

 

Etiraz dalğası regiondakı digər ölkələrə də təsir edir. İndoneziyadakı ötən həftə baş verən etirazlar, həyat bahalılığı və siyasətçilərin ayrı-seçkiliyi səbəbindən baş verdi. Ən azı yeddi nəfər öldü və hökumət nazir dəyişikliklərinə getməli oldu. Myanma isə 2021-ci ildəki hərbi çevrilişdən sonra iç savaşın dərinləşdiyi bir vəziyyətlə üzləşdi.

Çikaqo Universitetindən Cənubi Asiya üzrə ekspert Pol Steniland Nepaldakı inkişafları “regionda yeni sabit olmayan siyasətin” göstəricisi kimi qiymətləndirdi.