vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
Oğrular qurbanlarını kamera ilə izləyib 19:47 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğrular qurbanlarını kamera ilə izləyib

Bred Pitt də daxil olmaqla bir çox məşhurun evini qarət edən dəstə ələ keçdi

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyaca məşhur aktyor Bred Pittin evinin də daxil olduğu bir sıra məşhurlara məxsus mülklərini hədəf alan oğurluqları törətməkdə şübhəli bilinən dörd gənc həbs edilib.

ABŞ-ın Los-Anceles şəhərində polis bildirib ki, şübhəlilərdən ikisi 18, biri 17 və digəri 16 yaşındadır və dəstə üzvləri kimi tanınıblar. Oğruların evlərində aparılan axtarışlar zamanı yağmalanan əşyalar tapılıb.

İstintaq, iyunun sonunda Pittin Los-Felizdəki evinin üç maskalı şəxs tərəfindən soyulması ilə başlanıb. Şübhəlilər ətraf hasarı aşaraq pəncərəni qırıb evə daxil olmuş və bəzi əşyaları oğurlayaraq qaçmışdılar. Həmin vaxt Pitt yeni filmi “F1”in təqdimatı üçün şəhər kənarında olub.

Polis bu qrupun aktyorlar və professional idmançıların evlərini hədəf alan daha geniş oğurluq zəncirinin bir hissəsi olduğunu bildirib. Hədəf alınan məşhurlar açıqlanmasa da, Nikoll Kidman-Kit Urban cütlüyü, LA Dodgers ulduzu Yoşinobu Yamamoto və sabiq LAFC oyunçusu Olivier Qiroudun da evlərinin qarət olunduğu məlumdur.

***

Rəsmilərin bildirdiyinə görə, dəstə cinayətlərini planlayarkən qurbanların gündəlik vərdişlərini izləmək üçün evlərin qarşısına və ya bağçalarına gizli kameralar quraşdırır, təhlükəsizlik sistemlərini deaktiv etmək üçün “Wi-Fi” siqnal kəsicilərdən istifadə edirdi.

Polis, məşhurların ictimai tədbirlər və sosial media paylaşımlarının oğrulara fürsət yaratdığını, hər kəsin onlayn paylaşımlarında yer məlumatlarına diqqətli olması gərəkdiyini vurğulayıb.