
“Ölə bilərdim”
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
Miqrant problemi və müşahidə kameraları ilə tənzimlənən həyatımız
Ulduz aktrisadan həyəcanlı siqnal
Filmin dublyaj variantı faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Almaniyada göstərilib
Dövlət televiziyasında nümayiş olunan açıq-saçıq səhnələr etirazlara səbəb olub
Dublyor bacarığı və dizaynı mükafatlandırılacaq
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
Disneyin çəkdiyi ekran əsərini mobil telefonla çəkilən film səviyyəsinə endirdilər
Kannda tərif qazanan film senzuraya uğrayıb
Polşalı yazıçı Tarkovski ilə niyə dalaşıb?
Nuri Bilgə Ceylanın “Bir Zamanlar Anadolu’da” filmində insan və zaman anlayışı
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Oskar mükafatlı rejissorun yeni filmi gözləntiləri doğrultmadı
Yazıçı və rejissor Aleks Qarland sərt “Müharibə” (“Warfare”) filmi ilə tənqidi rəğbət qazanmağa davam edir. “Rotten Tomatoes” icmal saytında 100 mümkün baldan 94-nı qazanan film, həmmüəllif və rejissor keçmiş ABŞ dəniz piyadası Rey Mendozanın İraq müharibəsi zamanı real həyat təcrübələrindən ilhamlanıb.
Mükafatlı “Şoqun” filmindən Kosmo Karvis, məşhur “Ayı” serialından Uill Pulter, “Fantastik Dördlük”dən (“Fantastic Four”) Cozef Quinn və “Netflix”in “İşəgötürən” filmindən Noy Sentineonun rol aldığı film müharibənin qəddar və sarsıdıcı reallığını ustalıqla təsvir etdiyinə görə yüksək qiymətləndirilib.
Qarland 2024-cü ildə vətəndaş müharibəsi sərt siyasi dramı ilə diqqətləri üzərinə çəkdikdən sonra müharibənin xaotik təbiətini ən real şəkildə ekrana gətirir.
“Qarland yüksək formadadır və böyük texniki ustalıq nümayiş etdirir. Bu, şübhəsiz ki, “Ex Machina”dan bəri onun ən yaxşı filmidir”, – “The Hollywood Reporter” yazıb.
“Bir duyğu bombardımanı” – “The Times” filmi belə xarakterizə edib: “İzləmək də çətin, izlədikdən sonra təsirindən çıxmaq da. Bu film sensor bombardmanı, yüksək səsli kabus və ruha amansız bir hücumdur”.
“MovieWeb” film haqqında, “”Müharibə” savaşın heyrətamiz təsvirini– qanlı, qəddar və dəhşəti təqdim edir. Həqiqətən ağılları silkələyən kinematoqrafiya təcrübəsidir”, – deyib.
Təəccüblü rəylərlə “Warfare” Aleks Qarlandın nəticələrinə daha bir uğur əlavə etdi.
Bu arada, iyunun 20-də açılacaq “28 il sonra” (“28 Years Later”) filmi Qarlandı “28 gün sonra”nın (“28 Days Later”) rejissoru Denni Boylla yenidən bir araya gətirir.
2002-ci ildə tamaşaçıları qorxunc, virusların məhv etdiyi dünyaya sürükləyən ikili, bu dəfə Kodi Komer, Aaron Taylor-Conson və Ralf Faynsdan ibarət yeni heyətlə eyni qorxulu atmosferə qayıdırlar.