
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Ermənistan baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin gələn ilin yazında İrəvandakı sammitinə qədər Prezident İlham Əliyevlə sülh sazişini imzalamağı arzulayır. Bununla Paşinyan iki məqsəd güdə bilər. Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalanarsa, Paşinyan parlament seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq. Bu onun üçün həyati əhəmiyyətlidir. İkincisi, Azərbaycanla sülh sazişi zirvə toplantısına qədər imzalanarsa, Prezident İlham Əliyevin İrəvandakı toplantıda iştirakına heç nə mane olmayacaq. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı Avropa Birliyi üçün arzuolunandır. Bu səbəbdən Nikol Paşinyan da İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı öz növbəsində Nikol Paşinyanın da “Avropa Siyasi Birliyi”nin Bakıdakı tədbirində iştirakına yolu açacaq.
Buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir. Paşinyan mayın 26-da “İrəvan dialoqu – 2025” ikinci beynəlxalq forumu zamanı buna eyham vurub: “Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə özüm çıxış edəcəm. Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”. Paşinyanın cümləsinin birinci hissəsində konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi söylənmir. Ancaq cümlənin ikinci hissəsində sülh sazişinin qısa müddətdə imzalamaq üçün əsas maneənin ortadan qaldırılmasına işarə var. Paşinyan sülh sazişi imzalanan gün Minsk Qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də söyləyib. Paşinyanın bu açıqlamalarının arxasında onun mayın 16-da “Avropa Siyasi Birliyi”nin Tiranadakı toplantısında İlham Əliyevlə müzakirəsinin də təsiri olub.
İndi qalır, bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalamaq istəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir.