Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:28 | 18 may 2025 | Bazar
Məqaləyə 356 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfəri İranın mühafizəkar dairələrini narahat edib. Təsadüfi deyil ki, İranın ali dini lideri Əli Xamaneyi ABŞ-ın Yaxın Şərqin siyasi və iqtisadi həyatına qarışmaqdan imtina etməsini istəyib. Əli Xamaneyi sonrakı cümləsində Trampın səfər etdiyi ərəb ölkələri hədəf seçib: “Vaşinqton ərəb ölkələrinə elə model təklif edib ki, həmin ölkələr ABŞ-ın dəstəyi olmadan 10 gün də tab gətirə bilməzlər. Bu model məhvə məhkumdur. Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq”.
Birincisi, adı çəkilən ərəb ölkələrinin ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas səbəb təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bu səbəblərin içərisində həmin ölkələrin İrandakı kimi rejimlərdən və İranın maliyyələşdirdiyi silahlı qruplardan qorunmaq da var. Misal üçün İraqın keçmiş diktatoru Səddam Hüseyn 1991-ci ildə Küveyti işğal edəndə ərəb ölkələrinin müraciət etdikləri ilk ölkə ABŞ oldu. Məhz ABŞ ordusunun komandanlığı altındakı koalisiya Küveyti azad etdi. Əli Xameneyinin “Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq” cümləsində Trampın səfər etdiyi ərəb ölkələri rejimlərinə təhdid elementi var. Yəni Xameneyi demək istəyib ki, ərəb ölkələrindəki rejimlərin əksinə olaraq həmin ölkələrin xalqları Amerika ilə əməkdaşlığın əleyhinədirlər və məhz xalqlar Amerikanın bölgəyə tərkinə məcbur edəcəklər. Bunun reallaşması üçün həmin xalqlar gərək rejimlərini də devirsinlər. Xameneyi cümləsində buna da işarə var. İranın mühafizəkar dairələri ərəb ölkələrində husilər kimi müttəfiqlər görmək istəyirlər ki, belələri həm İsrailə, həm də ABŞ-a qarşı savaş açsınlar.
“Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-ın İranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb” bu sözlər Donald Trampa məxsusdur. “Əmir İrana, əslində, böyük kömək edir. Dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Bizim həmin ölkəyə ciddi zərbə vurmağımızı istəmir”, – Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib. O əlavə edib: “Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar birbaşa zərbə endirməyi tövsiyə edir. Biz ABŞ olaraq dünyanın ən güclü ordusuna sahibik”. İran ali dini lideri isə Qətər əmirinə minnətdar olmaq əvəzinə “niyə Siz ABŞ-la sıx əlaqələr qurmusunuz” deyə ona mesaj göndərib. Minnətdarlıq hissi yoxdur. İranın mühafizəkar dairələr eyni münasibəti Türkiyəyə bəsləyirlər. Türkiyə də Qətər kimi İrana qarşı hər hansı əmiliyyatın həyata keçirilməsinin əleyhinədir, vaxtilə qonşu dövlətə qarşı müharibənin başlamasının qarşısını almaq məqsədilə nüvə danışıqlarda vasitəçilik edib. İrandakı dairələri bunun əvəzində Türkiyədə casus şəbəkəsini genişləndirməyə qərar veriblər. Türkiyədə həmin şəbəkələrin ifşa olunması bundan xəbər verir, üstəlik PKK terrorçu təşkilatının da dəstək aldığı ölkələrdən biri İran olub.