Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
11:26 | 28 may 2025 | Çərşənbə
Məqaləyə 434 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Rusiya Prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırıb ki, ABŞ Prezidenti Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsin. Halbuki, Rusiya rəsmiləri Cozef Bayden və onun administrasiya üzvlərinin ünvanlarına demədikləri qalmamışdı.
Tramp Prezident seçildikdən və Ağ Evin yeni sahibi Putinin və Rusiyanın ünvanına xoş sözlər söylədikdən sonra Kreml sahibi və onun komanda üzvləri də ABŞ-ın ünvana xoş sözlər deməyə başladılar. Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxardıb və o Putini sərt sözlərlə tənqid edib.
Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyi üzərində düşünür. Məsələ burasındadır ki, Putin Trampı tərifdən sərt tənqidə keçmək istəmir və ona görə də o həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi qabağa verib.
Medvedyev Trampın tənqidlərinə onun adını çəkmədən “üçüncü dünya müharibəsi mümkünlüyü” hədəsi ilə cavab verib. Bu hədəyə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq cavab verib. O Dmitri Medvedevin Üçüncü Dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə “uğursuz” və “məsuliyyətsiz” adlandırıb. “Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz” deyən Ağ Ev rəsmisi Donald Trampın bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb. Yəni Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək.
Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir.